Bu gün:

Şəkil çəkdirərkən əhval-ruhiyyənizə diqqət edin


Bir çox insanlar fotoşəkillərdə yaxşı çıxmadıqlarını və bunun birbaşa onlardan qaynaqlandığını düşünürlər. Lakin bu, tamamilə doğru deyil. Əgər kamera qarşısında özünüzü rahat hiss etmirsinizsə, bu, foto keyfiyyətinə ciddi təsir edəcək.

İşıq fotoqrafiya üçün hər şeydir. Düzgün yerləşdirilmiş işıq bütün səhnəni heyrətamiz edə bilər, yanlış bucaqdan az işıq və ya çox işıq isə fotoşəkili tamamilə məhv edə bilər.

Fotonu çəkən şəxs professional deyil

Şəkil çəkmək və qarşı tərəfin gözəlliyini əks etdirmək üçün peşəkar fotoqraf lazımdır.

Ümumiyyətlə, bir çox insanlar hazırkı vəziyyətləri ilə tam razı olmadığı üçün fotoşəkillərini bəyənmirlər. Bu o demək deyil ki, siz, əslində, fotogenik deyilsiniz. Bu özünüzə olan perspektivinizlə bağlı ola bilər. 

Əhval-ruhiyyənizin gözəl olmadığı günü seçmisiniz

Gündəlik həyatın təlaşında saça, geyimə və ya makyaja daim diqqət yetirmək çətin ola bilər. Gərgin bir iş günündən sonra canlı və təravətli üzlə kameraya gülümsəyə bilməmək tamamilə normaldır. Bunun əvəzinə fotoşəkil çəkdirmək üçün səylə hazırlaşdığınız toylara və ya məclislərə üstünlük verə bilərsiniz.

Mənbə: Habertürk 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et