Bu gün:

Orta əsr Avropasının inanılmaz qeyri-gigiyenik şəraiti


Orta əsrlərdə Avropada yaşayan insanlar sözün əsl mənasında çirkab içində yaşayırdılar. İnsanların yaşadığı evlər və küçələr o qədər çirkli idi ki, bu da bir çox xəstəliklərin yaranmasına səbəb olurdu. 


Orta əsrlərdə insanlar yeməyi əllə yeyirdilər

Orta əsrlərdə qaşıq və bıçaqlardan istifadə olunurdu, lakin çəngəllər hələ mövcud deyildi. Bu, aşağı təbəqədən olan insanların, ümumiyyətlə, əllə yemək yeməsinə səbəb oldu. Bu, hazırda böyük bir iş kimi görünməyə bilər, amma o vaxtlar insanlar nadir hallarda əllərini yuyurdular.

Orta əsrlərdə çimmək, ümumiyyətlə, varlılar üçün nəzərdə tutulmuşdu və o zaman da onlar bunu indiki kimi tez-tez etmirdilər. Ancaq sarayda yaşamaq dəbdəbəniz olmasaydı, çimmək şansınız az idi və nadir hallarda yuyuna bilərdiniz, yuyuna bilsə idiniz, bu sizin üçün xoş bir təcrübə ola bilərdi.

Aşağı təbəqənin insanları hamamda çiməndə hamısı eyni vannadan və eyni sudan istifadə edirdilər. Yuyunmamaq daha təmiz olmaq demək idi.

Qalaların ətrafındakı sulara kanalizasiya suları axıdılırdı

Qalaların ətrafındakı suların əsas məqsədi düşmənin mümkün hücumundan qorunmaq olsa da, zaman keçdikcə buradakı sular sarayların sanitar qovşaqlarını boşaltdığı, yəni kanalizasiya kimi istifadə olunduğu yerlərə çevrilmişdir. Deməli, qalanın ətrafındakı suda üzməyə çalışan əsgərin qarşılaşacağı tək şey qarşı tərəfin əsgərləri olmayacaqdı.

Əməliyyatlar qeyri-gigiyenik şəraitdə keçirilirdi

Orta əsrlərdə müəyyən dərəcədə tibbi və cərrahi prosedurlar olsa da, bakteriya və mikroorqanizmlər anlayışı məlum deyildi və əməliyyatlar çox vaxt xəstənin ölümü ilə nəticələnirdi. Sterilizasiya bu gün hər hansı bir cərrahiyyə əməliyyatının ən vacib aspektlərindən biri olsa da, o zamanlar həkimlər əməliyyat etməzdən əvvəl həmişə əllərini yumaz, hətta avadanlıqlarını belə təmizləməzdilər. 

Əhalinin əksər kişilərin yeganə yolu səliqəli təraş olunmaq üçün bərbərə getmək idi. Ancaq bu, pul tələb edirdi və bir çox kişilərin təraşdan tamamilə imtina etməsinə səbəb olurdu. O vaxtlar güzgülər qaralmış şüşədən və ya cilalanmış metaldan hazırlanırdı, ona görə də istəsəniz belə təraş etmək çətin idi.  

Mənbə: Habertürk

Tərcümə etdi: Nuran Əhmədzadə








Paylaş
Şərh əlavə et