Bu gün:

Əlavə əşyaların verilməsinin sağlamlığa 4 faydası


Evinizdəki artıq əşyaların ehtiyacı olanlara verilməsi və atılması da sağlamlığınız üçün faydalı olacaq. Unutmayın, səliqəli bir evə sahib olmaq, eyni zamanda, xoşbəxt bir ruh və bədənə sahib olmanıza kömək edir. 



Stressi azaldır


Evinizdəki artıq əşyalardan qurtulmaq özünüzü daha yaxşı hiss etmənizə kömək edir və stressi azaldır. Köhnə əşyaları sevdiyiniz əşyalarla əvəz etmək həm fiziki, həm də zehni olaraq sizə kömək edəcəkdir. 

Allergiyalara xeyirlidir


Allergik xəstəliklərin, daha çox, evdə və qapalı məkanda artdığı qış mövsümlərində müşahidə olunur. Evinizdə lazım olmayan əşyaları vermək, həm də daha səliqəli bir evə sahib olmanız deməkdir. Bu sayədə daha tez-tez təmizləyərək ev tozu gənələrindən xilas ola bilərsiniz.  


Məhsuldarlığınızı artırır


Dağınıqlıq ideyaların yaranmasına da mənfi təsir göstərir. Evinizdəki lazımsız əşyalardan xilas olduqda, axtardığınızı tapmaq üçün daha az vaxt sərf edəcəksiniz. Beləliklə, işinizə daha asan konsentrə ola bilərsiniz. 


Fiziki fəaliyyəti təşviq edir 


Evinizi səliqəyə salmaq üçün hərəkətlilik beyninizin endorfinlər ifraz etməsini təmin edərək və bu sizi daha xoşbəxt və sağlıqlı edir. 

Mənbə: Happy Center

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et