Bu gün:

“Həddindən artıq soyuğa məruz qaldıqda…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi həkim professor Adil Qeybulladır. Professor temperaturumuz yüksək olduqda üşüməyimizin səbəbindən və hansı halda mütləq tibbi müayinənin vacib olduğundan danışıb.

-Temperaturumuz yüksək olduqda üşüməyimizin səbəbi nədir, hansı halda mütləq tibbi müayinə vacibdir?

 

Temperaturun yüksək olması zamanı yaranan üşümə termorequlyasiyanın, yəni orqanizmin istilik tənziminin pozulması ilə əlaqəlidir. Ətraf mühitin soyuq olması nəticəsində orqanizm bədəni istiliklə təmin edir və daxili temperatur tənzimlənir. Bu zaman damarların spazmı baş verir, istiliyin xaricə çıxmasının qarşısı alınır. Lakin bu uzun müddət davam edə bilməz. Həddindən artıq soyuğa məruz qaldıqda orqanizmin daxili temperaturu tənzimlənə bilmir və nəticədə soyuqdəymə baş verir. Beləliklə, bədənin daxili temperaturu yüksəlir və üşütmə hadisəsi yaranır. Bu hadisə termorequlyasiyanın pozulması deməkdir. Əlavə olaraq, müxtəlif infeksiyalar zamanı iltihabi reaksiyanın bir əlaməti kimi temperaturun yüksəlməsi zamanı da üşütmə hadisəsi baş verə bilər. Üşütmə daha çox soyuqdəymə xəstəliyində müşahidə edilir ki, bu da bədənin istiliyi tənzimləyə bilməməsindən irəli gəlir. Uyğun müalicə olmadıqca üşümək titrəmə, qızdırma, vücud ağrıları kimi problemlərlə əvəzlənə bilər. Uyğun müalicədən sonra isə yersiz üşümək və digər əlamətlərdən xilas ola bilərsiniz.

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et