Bu gün:

Auranı gücləndirmə yolları


Bədəninizi əhatə edən enerji sahəsi olan auranızı təmiz və güclü saxlamaq sizi mənfi təsirlərdən, hətta fərqinə varmadan xəstəliklərdən qoruyur. Əslində, auranı qoruma qalxanı kimi də düşünə bilərsiniz. Etməli olduğunuz isə sağlamlığınıza zərər verəcək istənilən təsirə qarşı istifadə edə biləcəyiniz bu enerji sipərini yaxşı idarə etməkdir.



Daha parlaq, daha güclü və daha geniş aura sahəsinə sahib olmanızı təmin edəcək üsullar...

1. Addım: Meditasiya: Unutmayın ki, meditasiya istirahət və enerji artırmaq üçün ən qədim və təsirli üsuldur. Meditasiya həm ruhunuzu sağaldacaq, həm də bu şəfa sayəsində aurik sahənizin tədricən genişlənməsinə imkan verəcək. Çünki biz üzgün, depressiyada və ya xəstə olanda aura sahəmiz daralır.

2. Addım: Fit olun və sağlam vərdişlər inkişaf etdirin: Sağlam olmayan pəhrizlərdən, spirtli içkilərdən və siqaretdən çəkinin. Parkda gəzinti, nəfəs məşqləri, təmiz havanı udaraq çılpaq ayaqla otların üzərində addımlamaq aurik sahəni genişləndirmək və gücləndirmək üçün çox sadə, lakin çox təsirli həllərdir.

3. Addım: Səs terapiyası: Səs terapiyası və mantralar sizə mənfi enerjiləri özünüzdən çıxarmağa və enerji sahənizi təmizləməyə imkan verir. Bu cür müalicə, həm də aurik sahənizi genişləndirməyə kömək edir.

4. Addım: Ətrafınızı təmizləyin: Etməli olduğunuz ilk şey mənfi hissləri olan və həyatınızdan vaz keçə bilməyən insanları uzaqlaşdırmaqdır. Əşyalara gəlincə, lazımsızları atın, həmçinin, elektronikanı mümkün qədər yataq otağınızdan uzaqlaşdırmağa çalışın.

5. Addım: Niyyət et! Hər səhər yuxudan duranda, hər gecə yatanda və hərdənbir, gün ərzində aura sahənizin nə qədər geniş və güclü olduğunu özünüzə xatırladın. Təsəvvür edin ki, təpədən dırnağa qədər qızıl bir işıqla əhatə olunmusunuz. Bu təbəqədən yalnız sevgi və müsbət şeylər keçə bilər.

Mənbə: Happy Center

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et