Bu gün:

Cahil insanların 10 əsas xüsusiyyəti


Hər şeyə fikir bildirən və hər şeyi bildiyini zənn edən insanları bir-birindən ayırmaq çətin deyil. Belə insanlar sizin həyat enerjinizi boşaldır və uzaq durmağınız lazım olan insanların siyahısında birinci yerdədirlər. Bu cahil insanların ən əsas xüsusiyyətlərini sizin üçün sadaladıq.

1. Hər kəsin bildiyi ən bariz xüsusiyyətlərdən başlayaq. Onlar hər şeyi bilirlər!

2. Öz maraqlarını hər şeydən üstün tuturlar.

3. Az bilirlər, amma özlərini çox müdafiə edirlər.

"Nə qədər az bilirsənsə, onu bir o qədər güclü müdafiə edirsən." Bertrand Russell

4. Hər fürsətdə özləri haqqında danışırlar. Özlərini tərifləməyi sevirlər.

Mövzudan asılı olmayaraq, müxtəlif yollarla mövzunu istədikləri sahəyə çəkirlər və özlərini tərifləməyə başlayırlar. Bunun qarşısını ala bilməzsiniz. Onlar özlərini tərifləməyə başlayanda ətrafdan qaçmağa başlaya bilərsiniz.

5. Ən sevmədikləri şey "cahil" sözüdür. Bu sözünü eşitmək onları çox qəzəbləndirir.

Bir mövzudan xəbərdar olmadıqlarını desən, çox hirslənəcəklər, çünki əvvəldə dediyimiz kimi, hər şeyi bilirlər, bilməlidirlər. Halbuki, Eynşteynin dediyi kimi, “Ağıllı insanların ən fərqli xüsusiyyəti hər şeyi bilməyin mümkün olmadığının fərqində olmalarıdır ".

6. Hər şey haqqında çox danışırlar. Onlar az düşünür və çox danışırlar. 

"Az bilən və az düşünən çox danışar." Fridrix Nitsşe.   

7. Bütün bunlar kifayət etmirmiş kimi sizi cahillikdə ittiham edərlər.

8. Onlar sabit fikirlidirlər, səhvlərini qəbul etmirlər və hər hansı dəyişikliyə qapalıdırlar.

“Həqiqəti görüb fikrindən dönməyənlər, cahilliklərində xoşbəxtmiş kimi yaşayırlar” Albert Eynşteyn. 

9. Onlar hətta sizin ixtisas sahəniz haqqında da sizdən daha yaxşı bilirlər. 

"Nə zaman cahillə mübahisə etsəm, həmişə uduzmuşam." Cahil hər şeydən xəbərdar olan insan olduğu üçün (!), sizin qismətiniz həmişə müzakirəni itirməkdədir. 

10. Və onların ən klassik cümləsi "Bu barədə çox düşünmə, dəli olacaqsan"

Hər şeyi bilirmiş kimi davransalar, boş-boş danışsalar da, bir müddət sonra heç nədən tam məlumatlı olmadıqları üçün ilişib qalırlar. İşdən çıxa bilməyəndə “çox düşünmə, narahat olma, buna qarışma, belə dəli olarsan” cümləsi ilə mövzunu bağlayırlar. 

Mənbə: Müthispsikoloji

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et