Bu gün:

Öyrənmək üçün ifa edilməsi asan olan musiqi alətləri


Musiqi ilə maraqlanırsınızsa, lakin kursa etmək üçün vaxt tapa bilmirsinizsə, bu mövzu sizin üçündür! Evdə təkbaşına çalışmaqla müəyyən səviyyəyə çata biləcəyiniz asan öyrənilən alətləri sizin üçün hazırladıq.

1. Armonika


Blyuz musiqisinin çəngi (çəng- musiqi aləti) olaraq da təyin olunan armonika yeni başlayanlar üçün ən uyğun alətlərdən biridir. Sadəcə, üfürməyə başlayın! Həm də akkord problemi yoxdur. Bu alətdən xırıltılı bir səs çıxarmaq çox çətindir, buna görə qorxmayın. Üstəlik, daşımaq asandır və az yer tutur. Getdiyiniz yerə aparın, istədiyiniz zaman məşq edin.

2. Havay simli musiqi aləti

Kiçik bir gitara kimi görünsə də, ukulele əslində gitara deyil. Bu Havay alətidir, həmçinin, ucuzdur və öyrənmək olduqca asandır. Cəmi 4 simlidir və simlər neylondan olduğu üçün barmaqları incitmir. Çox şirin səsi var. Ukulele öyrəndikdən sonra gitara da daha asan gəlir. 

3. Tamburin

Yalnız əl vuraraq, tempi saxlayaraq ifa olunan alətdir. Tamburin, xüsusilə, musiqi qulağı praktikası üçün yaxşı bir seçimdir. 

4. Bonqo

2 bitişik nağaradan ibarət bonqo dizlərin arasında tutularaq çalınır. Nağaradan səs çıxarmaq üçün ovuc və barmaqların ucları ilə vurmaq kifayətdir.

5. Sintezator


Təbii ki, fortepianoda ifa etmək də çətin deyil, amma əvvəlcə bir neçə dərs keçmək və onu kökləmək lazımdır. Bunun əvəzinə, sintezatorla məşğul olsanız, yaxşı olar. Bu alət elektrondur, daşınması asandır və daha ucuzdur. Orta səviyyəli modellər dinamiklərlə birlikdə satılır.

6. Gitara


7. Blok fleyta


8. Kazoo

Uşaqlıqda darağı kağıza büküb üfürməklə musiqi düzəltməyə çalışmısınızsa, mütləq bu aləti də çalacaqsınız, çünki 100% eyni məntiqlə işləyir. Sadəcə üfləyin və musiqinin yaranmasına şahid olun

Mənbə: Onedio

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et