Bu gün:

Yüksək yaşayış standartları olan ölkələr


Hamımız yaşadığımız yeri dəyişmək, yeni yerlər kəşf etmək və fərqli təcrübələr qazanmaq istəyirik. Sosial hüquqların ən yüksək səviyyədə olduğu, çox pulunuz olmasa, belə iş tapa biləcəyiniz və ya təhsil ala biləcəyiniz ölkələr aşağıdakılardır.

1. Norveç

Norveçin geniş sosial proqramları olduğunu eşitmiş ola bilərsiniz. Norveç bir insanın doğumdan və ölümdən sonra dəfn xərclərini qarşılayır. Ölkədə koronavirusdan əvvəl işsizlik nisbəti 4% -dən aşağı idi. Evsizlərin sayı hər 10 min nəfərə 7 nəfərdir. Bəzi şeylər bahalı olsa da, yaşamaq üçün çox pul qazanmaq lazım deyil. Məsələn, norveçli olmasanız belə pulsuz universitet təhsili ala bilərsiniz.

2. Danimarka

Danimarka dünyada ən yaxşı sosial hüquqlara və gəlir bərabərliyinə malik ölkələrdən biridir. İnsanların sağlamlıq kimi əsas ehtiyaclara çıxış imkanları baxımından siyahının başında gələn ölkələrdən biridir. Maksimum iş vaxtı həftədə 33 saat, minimum əmək haqqı isə saatda 20 dollar civarındadır. Ölkədə təhsil, səhiyyə və uşaq baxımı pulsuzdur.

3. Kanada


Kanada Monreal və Kvebek kimi Avropanı xatırladan şəhərləri ilə dost ölkədir. Mühacirlərə qarşı dözümlüdür. Yüksək həyat standartlarına və iş imkanlarına malikdir. İşçilərə yüksək maaş verilir.

4. Avstraliya

Sidney, Melburn, Brisben, Adelaida və Pert kimi Avstraliyanın bir çox şəhərlərində həyat keyfiyyəti yüksəkdir. Dünyanın ən əlçatan ölkələrindən biridir. Möhtəşəm təbiəti və çimərlikləri olan Avstraliyada bir çox iş və təhsil imkanları tapa bilərsiniz.

5. Yeni Zelandiya

Yeni Zelandiya ,şübhəsiz ki, dünyanın ən gözəl ölkələrindən biridir. Cinayət nisbəti çox aşağıdır. Əhali sıxlığının az olması səbəbindən iş imkanları da çoxdur. Güclü pensiya sistemi var. Yeni Zelandiyada pulsuz səhiyyə, yaxşı hava keyfiyyəti, heyrətamiz təbii mühit və rahat həyat tərzi var.

6. İslandiya

İslandiya bu yaxınlarda dünyanın ən ekoloji cəhətdən təmiz ölkələrindən biri seçildi. İslandiyada demək olar ki, bütün elektrik enerjisi bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal olunur. Ən aşağı işsizlik səviyyəsinə malikdir və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. İslandiyada yuxarı, orta və aşağı təbəqələr arasında demək olar ki, heç bir fərq yoxdur.

7. Almaniya

Ümumiyyətlə, Almaniya şəhərləri həyat keyfiyyətinə görə yüksək yer tutur. Məsələn, Frankfurt Avropanın maliyyə mərkəzi adlanır. Onun təbiəti heyrətamiz dərəcədə gözəldir. Almaniyada iqtisadi və təhsil imkanları genişdir. Universitetdə təhsil haqları çox aşağıdır.

8. İngiltərə

İngiltərənin Solihull, Oxford, Bournemouth, Bristol, Norwich, Cambridge kimi şəhərləri işləmək və yaşamaq üçün ideal bölgələrdir. Ölkənin geniş infrastrukturu var. İstər maşınla, istərsə də qatarla bir yerdən başqa yerə getmək olduqca asandır. Siz həmçinin Böyük Britaniyada maliyyə və informasiya texnologiyaları sahəsində bir çox iş imkanları tapa bilərsiniz.

Mənbə: Onedio

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et