Bu gün:

Şəhərdə tıxacın aradan qaldırılması üçün nələr edilməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi nəqliyyat eksperti Elməddin Muradlıdır. O, paytaxtda tıxacın aradan qaldırılması üçün həll yollarından danışıb.

-Sizcə, şəhərdə tıxacın aradan qaldırılması üçün nələr edilməlidir?


Tıxacla mübarizə aparmaq üçün ilk növbədə, ictimai nəqliyyatı gücləndirmək lazımdır. Metro şəbəkəsi, avtobusların sayı, tramvay xətlərinin çəkilməsi, elektrik qatarlarının şaxələndirilməsi çox vacibdir. İctimai nəqliyyat olmadığı üçün insanlar şəxsi avtomobilə üstünlük verirlər. Yəni bu məsələni həll edə bilsək, o zaman şəxsi avtomobillərin də sayı azalar və belə olan halda yollarda rahatlıq yaranar. Amma vəziyyət yaxşı deyil. İctimai nəqliyyat hələ də öz yerindədir. Metro stansiyalarının, avtobusların sayı artmayıb, tramvaylar yaradılmayıb, yeni yollar çəkilməyib. Düzdür, bununla bağlı sərəncamlar var, amma hələ həyata keçirilməyib.

Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et