Bu gün:

"Ən çox çətinliyi haqsızlıq olanda yaşamışam" - Selcan Qarayeva


24media.az-ın növbəti qonağı "Ağır atletika idman növü" üzrə doqquzqat respublika çempionu Selcan Qarayevadır. O bu sahə ilə bağlı suallarımızı cavablandırıb.

Müsahibimizin sözlərinə görə onun ağır atletika sahəsinə marağı 9 yaşında olarkən İsmayıllıya gələn ağır atletləri görməsi ilə başlayıb.

Selcan Qarayevanın məhz ağır atletika sahəsini seçməsində əsas amil fiziki cəhətdən güclü və daha qadınsı görünüş istəməsi olub.

Müsahibimiz “Ətrafınız və yaxınlarınızın  bu seçiminizə münasibəti və rəftarı necə olub?" sualını belə cavablandırıb:

-      “İdmana ilk başlayanda ailəm belə etiraz edirdi, lakin artıq hər biri məni dəstəkləyir. Xüsusilə, müəllimim– Vüsal Ağayev həmişə məni dəstəkləyib”.

Müsahibimizin dediklərinə görə, ilk qalibiyyəti məşqə başladıqdan beş ay sonra olub və o, ikinci yerə layiq görülüb. O vurğulayıb ki, ikinci yer medalını qazandığına çox sevinib və buna inana bilməyib.

   Selcan Qarayeva “Ən unudulmaz yarışınız hansı olub?” sualını belə cavablandırıb:

    “Mənim üçün İsrailin Eliat şəhərində keçirilən "Avropa Çempionatı" yarışlarım arasında ən udulmazı idi. Çünki yaşım çatmasa belə, idman ustası normativini yerinə yetirmişdim”.

    Müsahibimizə görə bu sahənin ona qazandırdığı müsbət keyfiyyətlər güclü və estetik görünüşdür. 

   Mənfi cəhətlər isə professional idmanla məşğul olmağın  çox çətin və məsuliyyətli olması, həmçinin bəzən çox yorulmasıdır.

     Müsahibimiz bu yolda irəliləyərkən ən çox çətinliyi haqsızlıqlar zamanı və bəzən də hər şeyin yolunda getməməsi ilə yaşayıb.

 Öz sahəsini sevdiyini və əl çəkmək istəmədiyini vurğulayıb.

       Son olaraq Selcan Qarayeva “Bu sahədə irəliləmək istəyənlər hansı keyfiyyətlərə sahib olmalıdır?", "Digər gənclərə tövsiyələriniz varmı?” sualını belə cavablandırıb:

-      “Bir idman növü olaraq ağır atletika mükəmməldir. Burada güc və sürət önəmlidir. Nəinki ağırlıq qaldırma ( ağır atletika) idman növü, digər idmanlar da sağlamlıq üçün vacibdir. İnsanlara həftədə ən azı 3 dəfə fiziki aktiv olmalarını tövsiyə edirəm.”

Aysu Əsədova

Paylaş
Şərh əlavə et