24media.az-ın ‘’1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi ümumi-bariatrik cərrah Ruslan Ağayevdir. O, hansı halda həkimə mütləq müraciət edilməli olduğu haqda fikirlərini bölüşüb.
-Uşaqlarda hansı əlamətlər həkimə müraciəti zəruri edir?

Ümumiyyətlə, tək uşaqlarda yox, böyüklərdə də qarın nahiyəsində ağrı olarsa, xüsusilə, uşaqlarda bu hal baş verərsə, mütləq şəkildə, ilk olaraq, cərraha müraciət olunmalıdır. Əgər qarın nahiyəsində ağrı varsa, ev şəraitində heç nə etmək olmaz. Bəzən bunu edirlər və ağır fəsadlar verir. Belə ki, valideynlər uşağın qarnına qızdırıcı qoyurlar. Ağrıkəsici, antibiotiklərdən həkim göstərişi olmadan, öz başına istifadə edirlər. Belə olan halda sonradan bağırsaq deşilmələri və ağırlaşmalar olur. Qəti şəkildə həm uşaq, həm də böyüklərdə bu cür yollardan istifadə olunmamalıdır, cərraha müraciət olunmalı və xəstəliyin diaqnozu qoyulub, ona uyğun müalicə olunmalıdır. Xüsusilə, uşaqlara diqqət yetirilməlidir, çünki onların bağırsağı və orqanları böyüklərə nisbətən daha həssas olur. Bu da xoşagəlməyən nəticələrə gətirib çıxara bilər.
Aydan İbrahimli
