Bu gün:

“Prioritet hələ də boyakarlıq sənətinə məxsusdur”


24media.az-ın ‘’1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi xalq rəssamı Arif Hüseynovdur. O, Azərbaycanda rəssamlıq sənətinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

-Azərbaycanda rəssamlıq sənətinin hansı növləri daha çox inkişaf edib?


Azərbaycanda rəngkarlıq, xüsusən, dəzgah rəngkarlığı inkişaf edib. Bu, 16-cı əsr Təbriz miniatür məktəbindən günümüzə qədər gəlib çatıb. Azərbaycanda təsviri sənətdə, əsasən, pozitiv tonlara üstünlük verilir. Qədim dövrdən istifadə edilən xüsusi rənglər var ki, həmin rənglər günümüzdə də aktualdır və bu rənglər təsviri sənətdə böyük rol oynayır.

 Rəngkarlıqla yanaşı, heykəltaraşlıq, qrafika da inkişaf etmiş sahələrdən hesab olunur, lakin bunlarla müqayisədə rəngkarlıq daha üstün mövqe tutur. Qrafika sahəsi Azərbaycana nisbətən Avropada daha məşhur bir sahədir. Rəngkarlıq və yağlı boya ilə işlənmiş rəsmlər Azərbaycan cəmiyyətində rəğbətlə qarşılanır. Baxmayaraq ki, cəmiyyətin inkişaf etməsi rəssamlığın digər növlərinə də tələbatı artırır, prioritet hələ də boyakarlıq sənətinə məxsusdur.

Tahirə Bağırzadə

Paylaş