Bu gün:

Balkonda necə tərəvəz yetişdirmək olar?


Evdə yemək qalıqlarından özünüzə üzvi bağ yarada bilərsiniz.

Təzə soğan

Soğanı bir stəkan suya qoyun.Üzərinə günəş işığı düşdüyündən əmin olun.Soğanın suyunu bir neçə gündən bir dəyişin.

Kərəviz

Kərəvizin yalnız kök hissəyə qədər olan yerindən istifadə edin.Bu ağ hissəni bir stəkan suya qoyun və kərəvizin yenidən böyüməsinə baxın. Bir həftədən sonra yerə əkmək üçün hazır olacaq. Və bir neçə həftədən sonra mətbəxinizdə istifadə etmək üçün təzə kərəviz yığacaqsınız.

Kahı

Kahının dibini atmayın. Kərəviz üçün istifadə etdiyiniz üsulu kahı yetişdirmək üçün istifadə edin.Beləliklə kahı almaqdan qurtulmuş olacaqsınız.

Zəncəfil

Son qalan zəncəfil parçasını soyuducunuzda büzməkdənsə, onu yerə əkməyə çalışın. Nə baş verdiyini bilmədən zəncəfil cücərməyə başlayacaq. Diqqət etməli olduğunuz tək şey zəncəfilin işığın süzüldüyü yerə əkilməsidir.

Kartof

Kartofunuz şkafda kök salmağa başlayanda, kartofu təxminən 2,5 sm-lik parçalara kəsin və hər parçada yalnız bir və ya iki kök qaldığından əmin olun. Kəsilmiş kartof dilimlərini 2 gün qurudun.Ən sonda 15 sm-lik yerə basdırın, böyümələrini gözləyin.

Sarımsaq

Yalnız bir diş sarımsaqdan bütöv bir sarımsaq əldə edə bilərsiniz. Bir diş sarımsağı kökü dibdə olacaq şəkildə yerə basdırın. Cücərmələr görünməyə başlayanda onları kəsin ki, bitki sarımsaq üzərində diqqətini cəmləsin.

Soğan

Soğanların köklərini gizlətsəniz və əksəniz, bir daha soğan almalı olmayacaqsınız.Sadəcə soğanı tam günəşli yerdə torpağa yarıya qədər basdırmaq lazımdır.  

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et