Bu gün:

“Bir işdə həm təhqir, həm də böhtan varsa…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi vəkil Mehman Muradlıdır. O, sosial  təhqir və böhtan yazan bir şəxsi gözləyən cəza tədbirlərindən danışıb. 


-Sosial mediada bir istifadəçinin paylaşımına təhqir və böhtan yazan şəxi qanunvericilikdə nə kimi tədbirlər gözləyir?



Təhqir və böhtanla bağlı cinayət məcəlləsində 2 maddə var. Əvvəllər sanksiyası aşağı idi. Faktiki olaraq, hazırkı dövrdə böhtan hallarına qarşı həbs cəzası nəzərdə tutulub. Bir işdə həm təhqir, həm də böhtan varsa, artıq məsələ tamamilə fərqli olur. İfadənin təhqir kimi qiymətləndirilməsi məsələsinə gəlincə bu cür işləri xüsusi ittiham qaydasında birbaşa məhkəmələr araşdırır. Xüsusi ittihamçı statusu məhkəmənin hazırlıq iclasında verilir. Əgər xüsusi ittiham qaydasında şikayət verən şəxs öz ərizəsini müvafiq maddələrə uyğun olaraq hazırlayıbsa, o zaman iş icraata götürülmüş hesab edilir. Bundan sonra həmin şəxs xüsusi ittihamçı, şikayət verdiyi şəxs isə təqsirləndirilən şəxs adlandırılır. Təhqir hallarında konkret olaraq bir subyekt olmalıdır. Biz subyekt dedikdə nəzərdə tutduğumuz odur ki, yəni bir şəxsin adı çəkilməlidir. Bununla bağlı Avropa Məhkəməsində də, Azərbaycanda da xüsusi bir mövqe var. Belə hallar son zamanlar çox aktuallaşıb. Bunu da nəzərə almaq lazımdır ki, iki şəxsin arasında olan danışıq nəticəsində tərəflərdən biri digərini təhqir adı altında məhkəməyə verə bilməz. Çünki bu, təhqir prizmasına daxil deyil və cinayət məhsuliyyəti yaratmır. Bəzən bir şəxs hesab edir ki, təhqir olunub və məhkəməyə müraciət edir. Məhkəmə də bu işi icraata götürməkdən əsaslı şəkildə imtina edir. Çünki həmin şəxs öz ərizəsini  maddələrə uyğun olaraq hazırlamayıb. Biz bu hallarla Azərbaycan praktikasında çox rastlaşmışıq. Bəzən insanlar təhqirlə tənqidi səhv salırlar. Təhqir hallarının açıq şəkildə və ya sətiraltı olmasını da məhkəmə ekspertizası qərar verir. Məhkəmə də həmin ekspertizaya uyğun olaraq, ya bəraət hökmü, ya da təqsirləndirilən şəxs barəsində ittiham edici hökm çıxardacaq. Artıq bundan sonra məsələ öz həll yolunu tapır. Şikayət verən şəxs iki dəfə məhkəməyə gəlmirsə, ittihamdan imtina etmiş olur və yenidən həmin məsələ ilə bağlı məhkəməyə müraciət edə bilməz. 

Sevil İsmayılova

Paylaş
Şərh əlavə et