24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Aslan Əsədovdur. O, tramvay xəttinin yenidən inşası haqqında danışıb.
-Bakıda tramvay xəttinin yenidən inşası ehtimalı varmı?

Düşünürəm ki, Naxçıvanda bunu layihələndirib inşa işlərinə başladıldıqdan sonra Bakıda da tətbiqinə başlanılacaq. Bu da tıxacların azalmasına əhəmiyyətli dərəcədə təsir edəcək. Gələcəkdə isə respublikanın böyük şəhərlərində bu xətlərin çəkilməsi məqsədəuyğun olar. Xüsusilə, ekoloji cəhətdən bu yaxşı olar. Böyük şəhərlərdə-Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, hətta Şuşa şəhərində və işğaldan azad edilən digər şəhərlərimizdə də tramvay xətlərini inşa etmək mümkündür.
24Media.az xatırladır ki, paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar "Azneft" meydanı ilə Bakı dəmir yolu vağzalı arasında arasında hərəkət edib. Tədricən isə tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.
Xədicə Cabbarlı
