Bu gün:

Limon niyə turşdur?


Bu sual 'Limonun turş olmasına səbəb nədir?' olaraq verilsəydi, cavab sadə olardı, 'içindəki turşuluq nisbəti' bunu təmin edir. Turşluğun yüksək turşuluq nisbətindən qaynaqlandığı qəbul edilir, lakin ikisi arasındakı əlaqə o qədər də sadə deyil. Müxtəlif turşuların dadı fərqlidir. Turşuluğun miqdarı və növü ilə yanaşı, qidanın digər komponentləri də şəkərin miqdarı ilə əlaqədardır.

 “Limonun dadı niyə turşdur?” sualının cavabı aydın deyil. Təbiət qanunlarına görə limon turş olmamalıdır. Limon parlaq rəngli, ətirli meyvədir. Meyvə bitkidə toxum daşıyan orqandır. Adətən şirin, şirəli və ətli olur. Meyvələrin əsas funksiyalarından biri də toxumların mümkün qədər yayılmasını təmin etməkdir. Beləliklə, toxumların ana bitkinin dibinə düşməsinin və qida maddələrini paylaşmasının, orada cücərən tinglərin isə sıx böyüməsinin qarşısı alınır.

 Bəzi meyvə növlərində toxumlar paraşütlərə bənzəyən lələk dəstələrinin köməyi ilə bitkidən uzaqlaşır. Bəzi quru meyvələr öz-özünə yarılıt və toxumları bitki küləkdə yelləndikcə ətrafa səpələnir. Bəziləri qəfil partlayır və sürətlə ətrafa toxumlarını atır. Təbiətdəki meyvələrin əksəriyyətində toxumlar müxtəlif heyvanlar, xüsusən də quşlar tərəfindən ətrafa yayılır.

 Meyvələr parlaq rəngləri, xoş qoxusu və dadı ilə heyvanların diqqətini çəkir. Heyvanlar yedikləri meyvələrin ətini həzm edib nəcisləri ilə bərk özəyini, yəni toxumlarını kilometrlərlə uzağa atırlar. Beləliklə, toxumların uzaqlara yayılmasını təmin edirlər.

 Limon meyvəsinin ləti o qədər turşdur ki, onu insanlar birbaşa yemir, daha çox sıxaraq yeməklərə, salatlara və içkilərə əlavə edirlər. Bəs limonu digər meyvələrdən fərqləndirən nədir? Niyə şirin deyil ki, heyvanların diqqətini çəksin, toxumu səpə bilsin?

 Əslində, limonun turş dadından həzz alan heyvanlar, xüsusən də meymunlar çoxdur. Turş dadı çox sevdikləri üçün limonu yeyirlər, yoxsa bədənlərində C vitamini balansını saxlamaq üçün bunu instinktiv şəkildə edirlərmi bilinmir.

 Hindistanın şimal-qərb bölgələrinə aid olduğu düşünülən limon ağacları əsrlər boyu Cənubi Asiya və Anadoluda yetişdirilir. 12-ci əsrdə ərəblər tərəfindən İspaniyaya aparılan limon oradan bütün Avropaya yayılıb. Sitrus meyvələrinin ən mühüm xüsusiyyəti onların qədim zamanlardan insanlar tərəfindən şüurlu şəkildə yetişdirilməsidir.

 Sitrus ailəsinin üzvlərini, yəni limon, portağal, acı portağal və qreypfrutu kommersiya baxımından təsnif etmək kifayət qədər asan olsa da, bitki elmi baxımından növləri bir-birindən ayırmaq son dərəcə çətindir, çünki üzvlərin necə inkişaf etdiyini proqnozlaşdırmaq çətindir.

 Limon ağacları hələ də davamlı kökləri olan üstün ağaclardan götürülmüş çarpaz peyvəndlə çoxaldılır. Bu məqsədlə, bir qayda olaraq, turş və acı dadı olan sitrus ağacları anaç kimi seçilir.

 Deyəsən, limona turşuluq təbiət tərəfindən verilməyib. Yəqin ki, ilk limonlar şirin idi. Toxumlarını dağıtmaq üçün artıq heyvanlara ehtiyacı olmayan limon, insanlar tərəfindən davamlı olaraq arzu olunan xüsusiyyəti qazanaraq turş hala gətirilib.


Mənbə : olbagro. com. tr

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et