Bu gün:

Psixoloq uşağı telefondan ayırmağın yolunu açıqlayıb


Psixoloq “Aktion Abrazavaniye”-nın eksperti Alexandra Fokina əmindir ki, uşaqlar telefona “ilişirlər”, çünki onların kifayət qədər xoş təəssüratı yoxdur. O, ailənin balaca üzvlərini cihazlardan ayırmağın yolunu deyib.


Psixoloq qeyd edib ki, əgər uşaq “canlı” ünsiyyətdənsə, cizgi filmlərinə baxmağa və elektron oyunlara üstünlük verirsə, o zaman valideynlər uşağı internet reallığından qaytarmaq üçün bir neçə sadə fənd tətbiq etməlidirlər. Hər şeydən əvvəl valideyn hər gün uşaqları cihazlarla məşğul olmayanda tərifləməyi, məsələn, yaradıcılıqlarına heyran olduqlarını göstərməyi və gözəl sözlər işlətməyi məsləhət gördü. “Uşağın nə etdiyini təsvir edin: “Bəli, burada sənin əsl sənət studiyan var!”, “Mən bütöv bir əsgər ordusu görürəm””, psixoloq bir neçə mümkün variantı sadaladı.

Fokinanın sözlərinə görə, uşaqlar elektron cihazlara boş səbəbdən deyil, valideynlər üçün bunun əlverişli olduğuna görə bağlanırlar. “Fikirləşin, bəlkə siz hər dəfə uşaqla ünsiyyətdə olmaq üçün güc və əhval-ruhiyyəniz olmayanda cihaz və ya cizgi filmi ilə “uşaqla məşğul olmaqdan boyun qaçırırsınız”?!”,- deyə ekspert xəbərdarlıq etdi. Bu vəziyyətdə o, valideynlərə öz davranışlarını dəyişməyi tövsiyə etdi, bu da ailənin balaca üzvlərinə müsbət təsir göstərəcəkdir.

“Çox vaxt cihazlar xoş təəssüratları olmayan uşaqlara lazım olur”,- deyə ekspert vurğulayıb. Buna görə də o, atalara və analara uşağa xoş emosiyalar bəxş etməyi, məsələn, onunla oynamaq və ya asudə vaxtlarını dəyərləndirmək üçün yeni bir seçim təklif etməyi tövsiyə etdi.

Mütəxəssis valideynləri evdə olmadığı zaman uşaqların diqqətini telefondan yayındıracaq qeyri-adi texnikanı da adlandırıb. O, onlara istək və arzular olan qeydlər verməyi tövsiyə etdi. “Məsələn: “Əziz uşaqlar! Mən sizdən planşetdə oynamaqdan daha çox xoşlayacağınız beş işi fikirləşib çəkməyinizi xahiş edirəm. Sizi sevirəm, atanız!”, - Fokina sözlərini tamamladı.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova


Paylaş
Şərh əlavə et