Bu gün:

Evdə məhsulların keyfiyyətini və yeniliyini qiymətləndirməyin yolları açıqlandı


Həkim-terapevt Yuliya Kovalenko Rusiyalılara evdə yeməklərin keyfiyyətini və təzəliyini qiymətləndirmək üçün sadə və əlçatan üsulları adlandırdı. 

Kovalenkonun sözlərinə görə, yumurtaların təzəliyini sadəcə suya batırmaqla yoxlaya bilərsiniz-təzə olanlar tez dibə düşəcək. Suyun köməyi ilə xamanın da keyfiyyətini yoxlamaq olar. Qatqısız və əlavəsiz təbii məhsul mayedə tamamilə həll olunacaq və onu ağ rəngə çevirəcək. Tərkibində bitki yağları və toz əlavələri olan saxta məhsullar isə suda mütləq topaqlar əmələ gətirir. Balı da eyni şəkildə yoxlamaq olar. Saxta məhsul tez həll ediləcək, amma təbii məhsulu bir qaşıq ilə qarışdırmaq lazımdır.

Terapevtin qeyd etdiyi kimi soyuq şərait zeytun yağının daha ucuz variantlarla seyreltildiyini öyrənməyə imkan verəcəkdir. Bunun üçün şüşəni bir neçə saat soyuducuya qoymaq kifayətdir. Seyreltilmiş yağ şəffaf qalacaq və ya təbəqələşəcək, real yağ isə qalınlaşacaq və bulanıq olacaq.

Yuliya Kovalenko: “Kəsmikləri yoxlamaq lazımdırsa, yod bu işdə kömək edə bilər. Məhsulu qalınlaşdırmaq, sıxlaşdırmaq və çəkisi üçün, eyni zamanda daha yüksək yağ tərkibli məhsul kimi göstərmək məqsədi ilə nişastanın əlavə edilib-edilmədiyini yod sizə xəbər verəcəkdir. Əgər bir damla yodun kəsmikdə rəngi dəyişmirsə, deməli məhsul nişastasızdır. Yodun sarı-qəhvəyi rəngi bənövşəyi rəngə çevrilirsə, deməli nişasta var”.

Kovalenko bildirib ki, quru meyvələrin, qoz-fındıqların və şəkərli meyvələrin keyfiyyətini yoxlamaq üçün onları suda islatmaq lazımdır. Mayenin səthində yağlı ləkələr və ya göyqurşağı örtüyü görünürsə, bu, məhsulun ən yaxşı halda yalnız yağla işləndiyini göstərir. 

"Su rənglidirsə, deməli, qurudulmuş və şəkərli meyvələr rənglənib",- deyə mütəxəssis yekunlaşdırıb.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Günel Məmmədova



Paylaş
Şərh əlavə et