Bu gün:

Avokado necə yetişdirilir və harada saxlanılır?


Avokado, avokado ağacının yağlı meyvəsi olaraq təyin olunur. Meksika və Mərkəzi Amerikada yetişdirilən bu meyvənin tərkibində doymamış yağlar var.

Avokado necə yetişdirilir?

Avokado ağacı bol günəş görən və mülayim iqlimi olan ərazilərdə böyüyür. Ona görə də küləkli, şaxtalı, qarlı bölgələrdə bu meyvənin yetişməsi çox çətindir. Bundan əlavə, bu ağacın torpağının böyük əhəmiyyəti var. Bu meyvənin əkilməsi üçün ən yaxşı torpaq minimum 1 m dərinliyə malikdir. Bundan əlavə, bu ağac neytral torpaqları daha çox sevir.  Avokadonun necə yetişdirildiyi sualının cavabı bu şəkildə müəyyən edilə bilər.

Avokado ən çox hansı ölkədə yetişir?

Dünyaya baxdıqda avokado istehsalının hər ölkə tərəfindən edilə bilməyəcəyi müşahidə edilir. Çünki bu meyvə daha çox isti, günəşli havaları sevir və bu mövsümlə bölgələrdə bitir. Ən çox avokado yetişdirən ölkə Meksikadır. Sonra Dominikan Respublikası, daha sonra Peru gəlir. Göründüyü kimi avokadonun yetişdirildiyi ölkələr isti iqlimi olan ölkələrdir.

Avokado ağacı saxsı qablarda böyüyürmü?

Bir çox insanı maraqlandıran məsələlərdən biri də avokado ağacının qabda yetişib-böyüməməsi sualıdır. Evdə avokado yetişdirmək istəyən insanlar bu mövzuda ətraflı məlumat əldə etmək üçün çoxlu araşdırmalar aparırlar. Əvvəla, bu ağac bir  saxsı qabda yetişdirilə bilər. Ancaq onların baxımını düzgün yerinə yetirməli və düzgün çiçək qabından istifadə etməlisiniz.

Avokado harada saxlanılır?

Yetişməmiş bir avokado üçün ən yaxşı saxlama mühiti otaq temperaturudur. Onu otaq temperaturunda saxlamaq çox faydalıdır. Avokadonun tez yetişməsini istəyirsinizsə, yanına alma, armud, banan kimi meyvələr qoyulmalıdır. Beləliklə, avokado daha tez yetişməyə başlayır. Bundan əlavə, bir plastik torbaya qoyula bilər və havanı çıxarıb soyuducuya qoymaq olar. Bu üsul isə avokadonun ömrünü bir neçə gün daha uzadır. Avokado artıq yetişibsə, onu otaq temperaturunda saxlamaq tövsiyə edilmir.

Mənbə: HaberTürk

Tərcümə: Amin Həsənli

Paylaş
Şərh əlavə et