Bu gün:

Yay fəslində 2 inqrediyentlə ilə fit olun


Sağlam həyat üçün su içmək çox vacibdir. Lakin insanların çoxu, təəssüf ki, gün ərzində su içməyi unudurlar və ya su içməyi sevmirlər. Sizi bütün bu bəlalardan xilas edəcək əla alternativlər var. Üstəlik, yalnız iki inqrediyentlə həm içməli suyu daha dadlı edəcəksiniz, həm də çox asan arıqlayacaqsınız. Arıqlamağınıza kömək edən nanəli detoks suyu resepti...

Xiyarın tərkibindəki antioksidant fisetin beyin hüceyrələrini qorumağa kömək edir. Bu reseptlə xiyarlara nanə ilə dad verə bilərsiniz:


Ərzaqlar:

1 xiyar

10 budaq nanə

Buz

1 litr su


Hazırlanması:

Xiyarları dairə şəklində doğrayın.

Budaqlardan nanə yarpaqlarını çıxarın.

Suya xiyar və nanə yarpaqlarını əlavə edib bir gecə soyuducuda saxlayın.

Növbəti gün süfrəyə verərkən təzə nanə yarpaqları və buzla süfrəyə verin. Nuş olsun.


Mənbə: Habertürk


Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et