Bu gün:

21 gün qaydası


Hər hansı bir vərdiş inkişaf etdirmək və ya vərdişi dəyişdirmək istədiyiniz zaman ətrafınızdan eşitdiyiniz bir cümlə həmişə var: "21 gün davam etsəniz, keçəcək!”

Bəzilərimiz üçün şəhər əfsanəsindən heç bir fərqi olmayan bu cümlə, əslində, ciddi bir elm ehtiva edir. Əksər insanlar üçün bu vaxt qeyri-kafi və ya lazımsız hesab edilə bilər. Halbuki 21 gün beynin yeni bir şey qəbul etməsi və ya mövcud bilikləri unutması üçün kifayət qədər vaxtdır.

Biz, adətən, pəhriz saxlayarkən, idmanla məşğul olanda, siqareti tərgitdikdə belə radikal qərarlar qəbul edirik. Hətta sevgi ağrısı da daxil olmaqla. 21 gündən çox sevgidən əziyyət çəksəniz də, beyniniz, əslində, sizinlə oyun oynayır...

1 gün ərzində şəxsi məqsədimizə diqqət yetiririk. Üç həftədən sonra bu, məqsədə çatmaq vərdiş halına gəlir. Bu vərdişə yiyələndiyiniz zaman bunu 90 gün daha, yəni üç həftə davam etdirsəniz və sonra 90 gün ərzində bir şey saxlaya bilsəniz, bu davamlı bir həyat tərzi dəyişikliyi olacaqdır.

Bildiyiniz kimi, bir şeyə alışmaq, 20 gün ərzində zehnimizdə yaranan bir vəziyyətdir. Bunu 20 gün davam etdirdiyinizdə 21 - ci gün artıq vərdiş halını almış olacaq.

Bu barədə düşünün. Sürücülük vəsiqənizi ilk dəfə aldığınız zaman biz daim sağa və sola baxmaq, siqnal vermək, faraları yandırmaq və pedalları dəyişdirmək barədə düşünürük. Maşın sürməyə başladıqdan bir müddət sonra beynimiz bunu avtomatik idarəetmə ilə əlaqələndirir.

Şüuraltınıza fərdi inkişaf yolunda bir müddət vaxt versəniz uyğun olacaq. Bu müddət ərzində şüuraltınız yetişəcəkdir. Budur heç vaxt unutmamalı olduğunuz bir qayda; 21 gün ərzində hər gün istədiyinizi pozmadan mütəmadi olaraq etməlisiniz.

Vərdişlər təkrar-təkrar qazanıldığından, zehniniz və əzələləriniz təkrar-təkrar baş verənləri xatırlamağa başlayır. Dişlərimizi fırçalamağı, gəzməyi və ya bağcıqlarımızı bağlamağı düşünmürük, elə deyilmi?

Vərdişi iradə gücü ilə dəyişdirmək səyləri yalnız qısa müddətə ödəyir. Sonra köhnə vərdişlərə qayıdırlar; çünki şüur və bilinçaltı qarşıdurmaya girəndə bilinçaltı həmişə qalib gəlir.

Şüurlu şəkildə siqareti ata bilərsiniz, ancaq iradənizdən istifadə edərək bir müddət siqareti dayandırsanız da, şüuraltınızda siqaret haqqında müsbət rəylər olduğu müddətdə bir müddət sonra yenidən başlayacaqsınız. 

Unutmayın ki, vərdişdən qurtulmağa çalışaraq onu dəyişdirə bilməzsiniz. Ancaq yeni bir vərdişi yarada bilərsiniz. Pis vərdişləri yox etmək , yeni bir şeyi öyrənməkdən çətindir.

Buna görə imtina etməyin, lazım olduqda yaxınlarınızın dəstəyini alın. Hədəfə diqqət yetirmək və qələbə qazanmaq başqa bir zövq olacaq. 

Mənbə: doktortakvimi.com

Tərcümə etdi: Aysu Əsədova



Paylaş
Şərh əlavə et