Bu gün:

Həssas dişlərdə bu 3 detala diqqət


Bir çox növ mikroblar ağız və tənəffüs yolu ilə keçdiyi üçün ağzımız mümkün sağlamlıq problemlərindən əvvəl bizə müxtəlif xəbərdarlıqlar göndərir. Ağız baxımında həssas olmaq da ola biləcək xəstəliklərə qarşı tədbir görmək üçün böyük əhəmiyyət kəsb edir. Ağız və diş sağlamlığı ilə bağlı nəzərə alınacaq əsas məqamları topladıq. 

Diş sağlamlığı və onunla gələn bir çox problemlər üçün sağlam üsullara müraciət etmək mümkündür. Ağzı və dişləri sağlam olan insanların ilk növbədə diş əti rəngi çəhrayı olmalıdır. Diş əti zamanla aşınma səbəbindən daha qırmızı görünməyə başlaya bilər. Bundan əlavə, diş əti həssaslığı olan şəxslərdə intraoral aşınmalar müşahidə edilir. Ağızda meydana gələn bu problemlərlə yanaşı, "diş əti çəkilməsi" yaşanır. İlk növbədə dişlərinizə daha yumşaq üsullar tətbiq etməyi bacarmaq lazımdır. Bu həssaslıqların əsas səbəbi istifadə etdiyiniz diş fırçası ola bilər. Sərt diş fırçaları yerinə daha yumşaq diş fırçası seçmək sağlamlığınıza müsbət təsir edəcək. Diş həssaslığı almamağı vərdiş halına gətirməli olduğunuz ilk üsul: dişlərinizi mümkün qədər yumşaq fırçalayın.

Dilinizi fırçalamağı unutmayın

Dildə çoxlu görünməz bakteriyalar var. Ağız boşluğunun təmizlənməsi zamanı lazım olduqda dilin təmizlənməsi aparılmalıdır. Dilin təmizlənməsi pozulduqda dildə zərərli bakteriyalar meydana çıxmağa və çoxalmağa başlayır. Bu, ağız qoxusuna, dad itkisinə və diş əti xəstəliklərinə səbəb ola bilər. Dişlərinizi fırçalayarkən dilinizi təmizləməyin ən asan yolu dil təmizləyicisi almaqdır. Bu tip aparat ağız boşluğunun təmizlənməsi üçün xilaskardır.

Ağır və ədviyyatlı yeməklərdən çəkinin 

Xoşagəlməz ağız kokusu, adətən, ədviyyatlı qidaların qəbulundan dərhal sonra baş verir. Bu, dildə yığılan qalıqlar parçalanaraq bakteriyaya çevrildikdə baş verir. Sağlamlığınız üçün yarada biləcəyiniz ən əsas vərdişlərdən biri də ağız qarqarasından istifadə etməkdir. Bu proses bakteriyalardan xilas olmağınızı asanlaşdırsa da, təzə və təmiz ağız qoxusunu əldə etməyə imkan verir.

Həssas dişləriniz varsa bunları edin.

Həssas dişləri olanlar soyuq və ya isti yeməklər qəbul edərkən diş ağrısı və ağrı kimi problemlər yaşaya bilərlər. Bu həssaslıqlar diş minasının aşınmaya başladığını göstərir. Əgər diş minasının yaratdığı müxtəlif problemlər yaşayırsınızsa, düzgün müalicə üsulu üçün mütəxəssis rəyi almalısınız. Ancaq diş əti problemlərinə qarşı şəxsən alınacaq ilk tədbir ağız və dişlərin təmizlənməsini fasiləsiz etməkdir. 

Mənbə: Milliyyet

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et