Bu gün:

Detoks içkilərinizə bunları əlavə edin


Xüsusilə, mövsümi keçidlər zamanı həzmsizlik və şişkinlik hiss etmək olduqca təbiidir. Bu nöqtədə özünüz hazırlayacağınız detoks içkiləri ilə həzm sisteminizi gücləndirə və şişkinlik hissindən xilas ola bilərsiniz. Eyni zamanda bu içkilərin tərkibindəki mövsümün təzə tərəvəz və meyvələri də dərinizin parlamasına kömək edir. Detoks içkilərinizə və ya içməli suyunuza əlavə edəcəyiniz meyvə və tərəvəzlər bunlardır:

Xiyar

Evdə detoks etmək üçün, bəlkə də, asanlıqla əldə edə biləcəyiniz ən praktik məhsul xiyardır. Hər yerdə və hər fəsildə rahatlıqla əldə edə biləcəyiniz xiyar, xüsusilə, qabıqları ilə birlikdə qəbul edildikdə çox daha təsirli olacaq. Bədənin su ehtiyacını da qarşılayan xiyar qidalı bir məhsul olmasının yanında dəri və sümük sağlamlığı baxımından da tez-tez tövsiyə edilən bir məhsuldur.

Misket limonu

Parlaq yaşıl rəngləri və kəskin dadı ilə çox yüksək miqdarda C vitamini ehtiva edən bu kiçik meyvələr güclü antioksidant olmaqla yanaşı, arıqlamaq istəyənlər üçün də əvəzedilməz seçimdir. Əmin olun ki, böyrək və ürək dostu misket limonu ilə hazırlayacağınız qidalarda dəmirin udulmasını artıran istənilən detoks içkisi bu yay sevdiyiniz içkilər arasında olacaq.

Limon

Balanslı bəslənməni həyat tərzi kimi mənimsəyən hər kəsin mətbəxindən heç vaxt qaçırmadığı limon detoks etmək istəyənlərin də ilk seçimlərindəndir. Hər yerdə rahatlıqla təmin edilə bilən bu möcüzə meyvəsini içkilərinizdə istifadə etməklə infarkt riskini azalda, böyrək sağlamlığınızı dəstəkləyə, oynaq ağrıları və qan azlığı üçün əlavə olaraq istifadə edə bilərsiniz.

Nanə

Ən çox yeməklərə dad vermək üçün istifadə edilən nanə, xüsusilə, təzə(tər) qəbul edildikdə bədən sağlamlığınız üçün çox dəstək olacaq. Hazırladığınız detoks içkilərində təsirli bir təravətləndirici olması ilə yanaşı, həzm, ürəkbulanma və ağrı kəsici təsirləri ilə də tez-tez seçilir. Astma problemi olanların içkilərində istifadə etmək üçün üstünlük verdiyi nanə ilə detoks qarışıqlarınız fərqli və təravətli dadlara sahib olacaq.

İspanaq

Təzə yaşıl yarpaqları ilə əsl vitamin anbarı olan ispanağın əslində C, E və B vitaminlərinin böyük bir anbarı olduğunu bilirdinizmi? 

Qanın laxtalanmasını yavaşlatan və ürək-damar sağlamlığı üçün əvəzolunmaz olan ispanağı bu dəfə yemək kimi deyil, detoks içkilərinizi rəngləndirəcək möcüzə qidası kimi düşünün. Peşman olmayacaqsınız!

Avokado

Mərkəzi Amerikada yaranan və yüksək qida dəyəri və dadı ilə bütün dünyanı fəth edən avokado, əslində, həzm sisteminizi tənzimləyən unikal lif mənbəyidir. Xolesterini aşağı salaraq ürək sağlamlığınızı da dəstəkləyən bu möcüzəvi meyvənin göz sağlamlığınızı necə qoruduğuna və iştahınızı necə nizamladığına heyran qalacaqsınız. Detoks içkinizə avokado əlavə edin və fərqi özünüz görün!

Alma

Hər yaşdan insanların asanlıqla əldə edə biləcəyi və qəbul etdiyi alma C, A, K, B6 və E vitaminləri sayəsində immunitet sisteminizi güclü şəkildə dəstəkləyir və günün yorğunluğunu atmanıza da kömək edir. Sinir sisteminə çox müsbət təsirləri olan alma tərkibindəki polifenollar sayəsində çox təsirli bir antioksidandır. İçkilərinizə alma əlavə edərək, gözəl detoks qarışıqları hazırlaya bilərsiniz.

Moruq

Detox içkisi hazırlayarkən qırmızı meyvələrin gücündən yararlanmamaq olar? 

Tərkibində A, B6, B1, B2, C və E vitaminləri ilə yanaşı, fol turşusu, kalium, zülal, lif, natrium, dəmir və maqneziumla çox zəngin olan moruq güclü antioksidant təsirə malikdir. Maddələr mübadiləsini sürətləndirən və yağların yandırılmasını dəstəkləyən bu möcüzə meyvəsi ilə siz toksinlərdən xilas olub, yaya mükəmməl hazırlıq edə bilərsiniz.

Nar

Mövsümündə qəbul edildikdə möcüzəvi təsiri daha asan görünən nar tərkibindəki B və C vitaminləri ilə dərinizdə böyük fərq yaradacaq, həmçinin A vitamini anbarı sayəsində göz sağlamlığınızı dəstəkləyəcək. Ürək-damar sağlamlığına qoruyucu təsiri, təzyiqi, pis xolesterini və qan şəkərini tənzimləyən nar detoks içkilərinizin olmazsa olmazı olacaq.

Zəncəfil 

Detoks içkisini hazırlayarkən zəncəfil, bəlkə də, müalicəvi təsirləri üçün ən çox istifadə edilən maddələrdən biridir. Onu bu siyahının ulduzlarından birinə çevirən çoxsaylı faydaları arasında həzmi sağaltdığını, xərçəng riskini azaltdığını, qan şəkərini tənzimlədiyini və xolesterini aşağı saldığını qeyd edə bilərik. Bunlara əlavə olaraq, xüsusilə, idmandan sonra ağrıları azaldır və arıqlamağa kömək etdiyi üçün onu mütləq sevdiyiniz detoks qarışıqları siyahısına salacaqsınız.

Ananas

Ananas içkisi qarışıqlarının sehirli tərkib hissəsi kimi tanınan bu ətirli tropik meyvə insanları xoşbəxt edən təravətləndirici dadından əlavə, güclü C vitamini anbarıdır. Xərçəng və ürək xəstəliklərinə qarşı az qala mübarizə aparan bir meyvə olan ananas maddələr mübadiləsini gücləndirir və yüksək manqan tərkibi ilə sümük sağlamlığı üçün mükəmməldir. Dadlı və qidalandırıcı detoks içkisi üçün bundan yaxşı nə ola bilər?

Qreyfrut 

Sitrus ailəsinin ən ləyaqətli nümayəndəsi olan qreyfrut qeyri-adi rəngi və bir qədər acı dadı ilə əsl müalicə deposudur. Həzm sistemindən toxunulmazlığa, qan şəkərini tarazlaşdırıcı xüsusiyyətindən ürəyə dostluğuna qədər çoxsaylı faydaları olan qreypfrut əsl antioksidant olaraq içkilərdə çox istifadə edilir. Daimi qəbul edildikdə insult riskini azaldan təsiri olan bu qış meyvəsini əldə edə biləcəyiniz istənilən mövsümdə detoks qarışıqlarınızda rahatlıqla istifadə edə bilərsiniz.

Mənbə: Hürriyyet

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et