Bu gün:

Kompasın kəşfi


Kompas, əsasən, daşınma, yerin ölçülməsi və yerin istiqamətini təyin etmək üçün istifadə edilən bir cihazdır. Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" olan ilk kompaslar maqnit daşla hazırlanmışdır. İlk olaraq dənizçilər bir çöp üzərində kiçik bir maqnit daş qoyduqda və suya buraxdıqda Yerin maqnit sahəsi xəttinə uyğun gəldiyni və Qütb Ulduzunu göstərdiyini kəşf etdilər.

Kompas, yəqin ki, 12-ci əsrdə Çin və Avropa dənizçiləri tərəfindən ayrı-ayrılıqda aşkar edilmişdir. Başqa bir nəzəriyyəyə əsasən ilk növbədə Çin tərəfindən aşkar edilmiş və ərəblər vasitəsilə Avropa sivilizasiyasına çatmışdır. Fransada ilk 1200-cü ildə kompasdan danışılmağa başlandı. 1213-cü ildə İngiltərədə və 1207-ci ildə İslandiyaya gəldi. O dövrdə kompasın ibtidai bir quruluşu var idi. İlk böyük inkişafını (1269) edən Pierre de Maricourt idi. İynəni bir milə keçirdikdən sonra onu bir yanı şəffaf və dərəcələnmiş bir qutunun içinə yerləşdirdi. Kompası ilk əvvəl dənizçilər naviqasiya istifadə etmişdilər. dənizçiləri; vətəndaşlar, əsgərlər (quru, dəniz və hava qüvvələri), madencilerin, memarlar, meşəçilər, torpaq işi ilə məşğul olan xəritə mühəndisləri, izciler, alpinistlik idmanı edən alpinistlər, qaçaraq hədəf tapma (Oryantiring) idmanı edən idmançılar, yelkən yarışı edən yarışçılar təqib etmişdir.

İş prinsipi

Kompaslar maqnit, coğrafi ya da ulduzlu bir prinsipdir. Ən qədim kompas növü Yerin maqnit sahəsinə nisbətən göstərən bir maqnit kompası idi və kompas sözü bir maqnit kompası sözü ilə sinonimdir. Tərəflərimizi ən asan və dəqiq kompas göstərir. Kompas bir cib saatına bənzəyir. Ortada hərəkət edə biləcək bir əqrəbi var.

Bir maqnit pusqu yerin maqnit sahəsinin istiqamətini müşahidə etmək üçün istifadə olunan, mövqeləri tapmağa kömək edən maqnetik bir iynədir. Qeyri-maqnit materialından hazırlanmış bir qutu içərisindədir. Əsas bir orqanı,hərəkət edən bir maqnitdən ibarət olan digər ölçü alətləri də bu adla adlanır. Maqnetik kompasın ən əhəmiyyətli parçası olan və bir maqnetik sahə içərisində olan kompas iynəsi sərbəst hərəkət edə biləcək şəkildə kompas gövdəsinə monte edilmişdir. Kompas iynəsi sərbəst qaldığında hər zaman eyni istiqaməti göstərir. İynənin sabit olaraq eyni istiqaməti göstərməsi yer üzündə iynəni çəkən bir gücün olmasından qaynaqlanmaqdadır. Yer üzü bir ucu şimala, digər ucu cənuba uzanan nəhəng bir maqnit kimidir. Dünyanın manyetikliği, kompas iynəsinin maqnetik şimala (maqnetik sahənin şimal qütbünə) doğru dönməsinə səbəb olur.

Kompasın səhvləri

Kompasın səhvləri, ümumiyyətlə, üç qrupa ayrılır: 1)sapma, 2)dəyişdirmə və 3-cü olaraq fırlanma səhvləridir. Yerin maqnit sahəsinin güclü hissəsi ekvatorda sıfır olduğu zaman qütblərə doğru getdikcə böyüyür. Kompas əqrəbinin qütbləri göstərərkən etdiyi səhvə sapma səhvi deyilir. Hər şəhərin yerləşdiyi genişlik dərəcəsinə görə sapma fərqliliyi var.

Mənbə: hürriyet.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et