Bu gün:

Marburq virusu nədir?


Yüksək yoluxucu virus qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi nəticəsində ölüm kimi əlamətlərlə Ebolaya olduqca oxşardır. Son illərdə yüzlərlə insan, demək olar ki, hamısı Afrikada virusdan öldü.


Marburq virusu ilk dəfə nə vaxt aşkar edilmişdir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə Marburq virusu yoluxduğu insanların orta hesabla yarısını öldürür. Virus ilk dəfə 1967-ci ildə Almaniyanın Frankfurt və Marburq şəhərlərində və Serbiyanın paytaxtı Belqradda 31 nəfərdə görülüb və 7 nəfərin ölümünə səbəb olub. Xəstəliyin baş verməsi Uqandadan gətirilən Afrika yaşıl meymunları ilə əlaqələndirilib. Lakin o vaxtdan bəri virusla əlaqəli digər heyvanlarla əlaqə quruldu. Bunu yarasaların yaşadığı mədənlərdə və mağaralarda uzun müddət qalan insanlarda görmək olar.

Ən çox harada görüldü?

Tanzaniyanın şimal-qərbindəki Kagera bölgəsində 5 nəfər ölüb. Daha 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Səlahiyyətlilər 161 əlaqəni izləyir.

Marburq virusunun əlamətləri hansılardır?

Virus səbəbiylə qızdırma, şiddətli başağrısı və əzələ ağrıları birdən görünür. Ümumiyyətlə, üç gün ərzində ishal, qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu mərhələdə xəstələrin görünüşü "kayabənzər" olur. Bu tərifə solğun ifadəsiz üzlər və həddindən artıq yuxululuq daxildir. Bir çox insan bədəninin müxtəlif yerlərindən qanaxmağa davam edir. Bəziləri həddindən artıq qan itkisi və şokdan xəstələndikdən səkkiz-doqquz gün sonra ölür.

Marburq virusu necə ötürülür?

Afrika yaşıl meymunları və donuzları virus daşıya bilər. Misir meyvə yarasaları da tez-tez virusu saxlayır. Bədən mayeləri və eyni yatağı paylaşan insanlar arasında ötürülə bilər. İnsanlar sağaldıqdan sonra da onların qanı və ya sperması aylarla yoluxucu qala bilər.


Mənbə: BBC News Türkiye

Tərcümə etdi: Xədicə Qiyas


Paylaş
Şərh əlavə et