Bu gün:

Kofein ürəyə də ziyan vura bilər


Gün ərzində enerji içkiləri və qəhvə xüsusilə gənclərin fit olmaq üçün üstünlük verdiyi iki gündəlik içkilərdən biridir. Lakin mütəxəssislərin fikrincə, bu içkilərin tərkibindəki kofein insan sağlamlığına pis təsir göstərir. Kardioloq Dos. Dr. Polat Canbolat məhz bu problemlə bağlı əhalini xəbərdar etdi.

 


Böyük miqdarda kofein qəbulu ürəyə zərər verməklə yanaşı, xroniki xəstəliklərə də səbəb olur.

Kardioloq Dos. Dr. Polat Canbolat: "Orqanizmdə ritm pozğunluqlarına, təzyiqin artmasına, həddindən artıq ayıqlığa və yuxu pozğunluğuna səbəb olur”,-deyə qeyd edib. 

“Enerji içkiləri də eyni zərəri verir. Yenə bir stimullaşdırıcı olaraq enerji içkilərinə alkoqol cəlb edildikdə daha da ölümcül hadisələrə səbəb ola bilər. 25-35 yaş qrupundakı enerji içkisi qəbulunun miqdarı gənc yaş aralığında qrupunda da artır. Əgər həyatınızda bir dəfə belə içki qəbul etmisinizsə, aritmiya, qəfil ürək dayanması halların yaranması da baş verə bilər".

"Yuxusuzluq, ürək döyüntüsü və titrəmə kimi əlamətləri büruzə hallarda ən qısa zamanda həkimə müraciət etməlidirlər" - deyə Canbolat bildirib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et