Allergiyanın 2 qrupa ayrıldığını ifadə edən Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis olan Dr. Məsud Arslan “Yaz qızdırması əsasən, ağac, ot tozcuqları, çoxillik allergik soyuqdəymə isə ev tozu gənələri, kif və ev heyvanları səbəbindən inkişaf edir. Xüsusilə, yaz aylarında burun axması və burun tıxanması problemini yaşayan xəstələrin təxminən yarısında yaz qızdırması hallarına rast gəlinir.

Dr. Məsud Arslan: "Bu, tez-tez baş verən burun axıntısı, burun tıkanıklığı və asqırma kimi halları ilə özünü göstərir. Asqırmalar ardıcıl 10-20 arası gücündə olur, burun axıntısı isə su şəklində və davamlı olur", - deyə qeyd edib.
Heç bir axıntı olmadığı hallarda, uşaqlar burun tıxannasından şikayət edə bilər. Burun tıxanması burnu əhatə edən selikli qişanın şişməsi nəticəsində yaranır. Allergik rinit, göz sulanması və qaşınma kimi bənzər hallar göz allergiyasının əlaməti ola bilər. Bəzən damaq və burun keçidində axıntı və ya qaşınma da hiss oluna bilər. Allergik qrip çox vaxt soyuqdəymə ilə qarışdırıla bilən bir xəstəlikdir. Bahar allergiyası 2 yaşa qədər uşaqlarda görünən nadir bir xəstəlikdir. Xüsusilə, məktəb dövründə tez-tez rast gəlinir.
Allergik riniti olan uşaqlarda astma hallarına tez-tez rast gəlinir. Məhz bu səbəbdən, uşaqlarda öskürək və xırıltı əlamətlərinə qarşı ailələr daha diqqətli olmalıdırlar. Uşaqlıqda ilk əlamətlərini büruzə verən xəstəlik yetkinlik dövründə də davam edə bilər.
Uşaqlarda allergik rinit şübhəsi olduğu hallarda allergiyaya səbəb olan maddənin müəyyən edilməsi üçün dəri və ya qan testləri edilə biləcəyini ifadə edən Arslan: “Testlər nəticəsində uşağın müəyyən bir allergiyaya qarşı həssas olduğu təsbit edilirsə, buna qarşı tədbirlər görülə bilər və ya bu allergiyanın müalicəsinə başlana bilər".
Əgər uşaqda tozcuqlara qarşı allergik rinit yaranarsa, həmin yerlərdən uşağı uzaq tutmaq lazım gələ bilər. Tozlanmanın tez-tez baş verdiyi aylarda yaşıllıq sahələrdən uzaq tutmaq lazımdır və ya bu təmasdan qaçmaq mümkün olmazsa, müəyyən müalicə nəzarəti altında saxlanılmalıdır.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
