Bu gün:

Böyük İskəndər kimdir?


Makedoniya kralı Makedoniyalı İskəndər tarixin ən böyük imperatorlarından biri hesab olunur. Makedoniyalı İskəndər eramızdan əvvəl 356-cı ildə Makedoniyanın Pella şəhərində anadan olub. Makedoniya çarlığının varisi kral II Filipin oğlu idi. İskəndərin adı qədim yunan dilində III Aleksandros deməkdir. 

20 yaşında atası II Filipdən sonra taxta keçdi və səltənətinin sərhədlərini genişləndirdi. Cənub-Qərbi Asiyada və Şimal-Şərqi Afrikada böyük qələbələr qazandı. 30 yaşında isə Yunanıstandan Şimal-Qərbi Hindistana qədər uzanan bir imperiya qurmağa nail oldu.



Məlumdur ki, Makedoniyalı İskəndər hələ gənclik illərində məşhur filosof Aristotel ona dərs demişdir. Hakimiyyətinin ilk illərindən Trakya, Thebes, İlliriya və Thessalydakı münaqişələrini həll etməyə başladı. 

Daha sonra Fars imperiyasını ələ keçirməyi çalışan İskəndər Qranik döyüşündə ilk dəfə fars ordusu ilə qarşılaşdı.

Bununla da, İskəndərin üzünə Qərbi Anadolunun qapıları açıldı. Qərbi Anadolunun fəthini başa vurduqdan sonra eramızdan əvvəl 333-cü ilin yazında Aralıq dənizi vasitəsilə Pergeyə çatdı və İssosda farslar ilə ikinci döyüş baş verdi. Müharibə Fars İmperatoru III. Daranın qəti məğlubiyyəti ilə nəticələndi.

Makedoniyalı İskəndər növbəti illərdə də Suriya və Finikiya istiqamətində irəlilədi. Fars şəhərlərini asanlıqla ələ keçirsə də, Tir şəhərində isə sərt müqavimətlə qarşılaşır. Suriyanı tərk edərək Parmaniona və cənuba doğru irəliləyən İskəndər eramızdan əvvəl 332-ci ildə Misirə daxil oldu.  Misir xalqı tərəfindən xilaskar kimi tanınan İskəndər burada İsgəndəriyyə şəhərinin əsasını qoymuşdur. Eramızdan əvvəl 330-cu ildə isə Midiyaya daxil olmaqla, son fəthini həyata keçirdi. 

Həmçinin, Makedoniyalı İskəndər Babili öz imperiyasının paytaxtı elan etməyi və Ərəbistanı da ələ keçirməyi planlaşdırırdı. Lakin erkən vəfat etdiyi üçün bu planlarını həyata keçirə bilmədi.

Makedoniyalı İskəndər eramızdan əvvəl 323-cü ildə 33 yaşında olarkən ağır xəstəlikdən vəfat edir. Onun tabutu əvvəlcə Memfisə, sonra isə İsgəndəriyyəyə aparılaraq, orada qızıl tabuta qoyulduğu barədə məlumatlar vardır. Ölməzdən əvvəl belə böyük bir imperiyanı kimə vəsiyyət edəcəyi barədə suala cavabında isə "aranızdakı ən güclüsünə" deyə cavab verib. Makedoniyalı İskəndərin məzarının dəqiq yeri məlum deyil.

Qısa ömrü olmasına baxmayaraq, Makedoniyalı İskəndər 12 illik padşahlıq etdiyi antik dövrün ən böyük imperiyasını qurmağı bacardı. İsgəndərin ölümündən sonra imperiya onun sərkərdələri arasında 4 yerə bölündü. Kassandr Yunanıstanda, Kreatus və Antiqonos Qərbi Asiyada, Selevk Şərqdə, Ptolemey Misirdə hökmranlıq etdi.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et