Bu gün:

Albinoslar


Albinos xəstələri kor deyillər, lakin aydın görə bilmirlər və tez-tez görmə problemləri ilə qarşılaşırlar. Albinos xəstələrinin gözləri ilə beynin görmə bölgəsi arasındakı sinir əlaqələri fərqlidir.

Bu fərq göz və sinirlər arasında ahəngdar işləməyə mane olduğu üçün görmə qavrayışının da qarşısı alınır. Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Op. Dr. Tülin Kaçmaz albinos xəstələrin yaşadıqları görmə problemləri haqqında məlumat verib.

"Xalq dilində albinos olaraq bilinən albinizm genetik bir xəstəlikdir. Albinosların bədəni dəri, göz və saçlara rəng verən kimyəvi melanini istehsal edə bilmir. Onlar anadangəlmə piqmentdən (rəngdən) məhrumdurlar. Bu səbəbdən onların saçları və dəriləri saf ağ rəngdədir. Albinizmdə əsas problem foveanın inkişaf etməməsidir. Fovea gözün kiçik, lakin çox vacib nahiyəsidir.Nə zaman gözümüzü top kimi düşünürük, topun ən daxili səthini əhatə edən və görməmizi təmin edən dörddə biri millimetr qalınlığında təbəqəyə tor qişa deyilir. Fovea oxumaq kimi kəskin görmə təmin edən tor qişadır". 

Albinizmdə foveanın niyə inkişaf etmədiyini dəqiq bilmirik, lakin melanin piqmentinin olmamasının təsirli olduğu düşünülür. Albinizmdə gözdə olan digər əsas anormallıq isə tor qişanı beyinlə birləşdirən sinirlərin inkişafıdır.Optik melaninlə idarə olunan sinirlər, melanin çatışmazlığı səbəbindən zədələnir, beyinlə əlaqəni düzgün qura bilmirlər. Gözdən beynin görmə bölgəsinə olan sinir əlaqələri fərqlidir. 

Bu qeyri-adi sinir siqnalları gözün işləməsinə və harmoniyada qavramasına mane olur. Dəqiq müalicəsi yoxdur. Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi, - "Albinizmi olan insanlarda növündən asılı olmayaraq, göz təsirlənir və görmə qabiliyyəti azalır", - dedi. 

Dr. Tülin Kaçmaz,-"Albinizmi olan insanlar kor deyil, lakin görmələri də normal deyil. Bu problemin qəti və ya qalıcı müalicəsi yoxdur. Ancaq təcrübəli oftalmoloqlar görmə həssaslığı üçün fərqli cihazlar təyin edə bilərlər. Albinos xəstələrinin hamısı çox kəskin görmə qabiliyyətindən məhrum deyil. Görmənin aydınlığı insanın ehtiyaclarından asılıdır və hobbilərinə görə dəyişir. Bu cihazlar xəstələrin həm yaxını, həm də uzağı görmələrinə kömək edir", - dedi. 

Gənc uşaqlar sadəcə eynəkdən istifadə edə bilsələr də, yeniyetmələr bifokal eynəklərdən faydalana bilərlər. Bu xəstələrdə tez-tez yüksək miyopi, hipermetropiya və astiqmatizm müşahidə olunur. Bu pozğunluqların təsirlərini azaltmaq üçün eynəklərə taxılan teleskopik linzalar istifadə olunur. 

Albinizmi olan bir çox insan bifokal eynək və ya normal eynəklə yaxşı oxuya bilir. Albinizmli insanların gözlərinə təsir edən pozğunluqlar aşağıdakılardır: Nistagmus: gözün qeyri-ixtiyari irəli-geri hərəkəti. Müalicə növü hər bir şəxs üçün dəyişir. Cərrahiyyə və dərman müalicəsi mövcuddur. Çəpgözlük: Bir və ya hər iki gözün düzgün düzülməməsi, gözlərin fokuslana bilməməsi və bir izi birlikdə izləyə bilməməsi vəziyyətidir. 

Fotofobi: İşığa qarşı həssaslıq. İris rəngsiz və şəffaf olduğu üçün işığın birbaşa gözə daxil olmasını təmin edərək işığa qarşı həssaslığa səbəb olur. Məşhur inancın əksinə olaraq, bu həssaslıq albinizmli insanların günəş işığında çölə çıxmasına mane olmur. Günəş eynəklərindən istifadə etməklə günəşdən qorunmaq mümkündür. Albinizmi olan körpələrdə belə günəş eynəklərindən istifadə məcburidir. İris şəffaf olduğundan göz qırmızı görünür. 

Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Op. Dr. Tülin Kaçmaz bu xəstələrlə bağlı yayılan yanlış təsəvvürlər haqqında da məlumat verib: 

"Albinizm xəstəliyindən əziyyət çəkən insanların gözlərinin qırmızı olması ümumi bir fikir olsa da, bu doğru deyil. Göz rəngi bozdan maviyə və qəhvəyiyə qədər dəyişə bilər. Normal işıqlandırmada iris qişası daha çox olur qırmızımtıl və ya bənövşəyi görünür." 

"Bu qırmızımtıl görünüşün səbəbi iris şəffaf olduğu üçün gözün daxili hissəsini əhatə edən tor qişa təbəqəsinin xaricdən görünməsidir. Bu qırmızımtıl görünüş birbaşa baxan birinin gözü ilə eynidir", - deyə əlavə edib. 

Mənbə:sabah

Tərcümə etdi:Fatimə Şükürova

Paylaş
Şərh əlavə et