Bu gün:

ABŞ və İran qarşılıqlı zərbələrdən sonra gərginliyi azaltmağa razılaşıb


ABŞ və İran son günlər qarşılıqlı zərbələrdən sonra hərbi əməliyyatları dayandırmağa razılaşıb. Bu barədə ABŞ rəsmisi BBC-nin tərəfdaşı olan CBS News-a məlumat verib.


Məlumata görə, Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti bərpa olunacaq. Tərəflər arasında müharibəni tam dayandırmaq məqsədilə danışıqların davam etdiriləcəyi bildirilib.

ABŞ Prezidenti Donald Tramp İranın görüş keçirilməsi üçün müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər arasında növbəti görüş Qətərin paytaxtı Dohada keçiriləcək.

İyunun 17-də ABŞ və İran arasında imzalanmış memorandum çərçivəsində İran Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsiz və ödənişsiz keçidini təmin etməyi öhdəsinə götürüb. Lakin son günlər tərəflər arasında yenidən hücumların baş verməsi atəşkəsin gələcəyini sual altına qoyub.

ABŞ və İran arasında əldə olunan son razılaşmanın bölgədə gərginliyin azalmasına təsir göstərəcəyi gözlənilir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et