Bu gün:

Kral ailəsinin maliyyə şəffaflığı fərqli formalarda qiymətləndirilib


Kralın dövlət tərəfindən maliyyələşdirilən "Sovereign Grant" məbləğinin gələn il üçün 99,9 milyon funt-sterlinq olaraq müəyyən edilməsi ictimaiyyətin diqqətini çəkib. "Psixoloji qiymətləndirmə" növü olan bu rəqəm, keçmiş qalmaqalların kölgəsində monarxiyanın xalq qarşısında öz imicini qorumaq və qənaətcil görünmək cəhdini ortaya qoyub.


Şəffaflıq istiqamətində Kralın və Uels şahzadəsinin şəxsi vergi ödənişlərinin ilk dəfə açıqlanması müsbət bir addım kimi qəbul edilib. Lakin bu rəqəmlərin arxasında dayanan detallar, vərəsəlik məsələləri, gəlirlərin real bölgüsü və xərclənən vəsaitlərin təfərrüatları hələ də gizli saxlanılaraq tam şəffaflığa mane olub.

"Sovereign Grant" rəsmi olaraq azaldılsa da, yeni baza səviyyəsi Bukingem sarayının təmiri üçün edilən artımlardan əvvəlki dövrlə müqayisədə kifayət qədər yüksək qalıb. Üstəlik, qrantın gələcəkdə azalmasının qarşısını alan və yalnız artmasını təmin edən "qızıl çərtik" (golden ratchet) mexanizmi də qüvvədə saxlanılaraq maliyyə zəmanətini təmin edib.

Son olaraq, rəsmi vəzifəsi olmayan bəzi kral ailəsi üzvlərinin saray mülklərində yaşaması və kirayə haqlarının Kral tərəfindən ödənilməsi kimi mübahisəli mövzular hələ də tam həllini tapmayıb. Beləliklə, atılan müsbət addımlara baxmayaraq, monarxiyanın maliyyə məsələlərində real şəffaflıq və xalqın etimadını tam qazanmaq istəyi sual altında qalıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et