Bu gün:

Müxtəlif coğrafiyalara görə gözəllik sirləri


Hər ölkənin öz gözəllik üsulu var. Bunun üçün müxtəlif təbii texnikalardan istifadə edirlər. Ölkələrə görə gözəllik sirləri ilə tanış olaq.

Koreya - ilbiz

Koreyalılar üçün yaxşı görünüş status göstəricisidir, buna görə də dərilərinə çox diqqət yetirirlər. Koreyalılar ilbiz əsaslı dəriyə qulluq məhsullarından istifadə etməyə üstünlük verirlər. İlbizlər həm intensiv nəmləndirir, həm də kollagen istehsal edir. O, həmçinin ölü dərini aşındırır.

Panama - kakao

Kakao panamalılar üçün çox vacib qidadır. Həmçinin yaşlanma əleyhinə vasitə olduğu üçün ondan maskalar hazırlanır.

Matça - Yaponiya

Matça Yaponiyanın ənənəvi yaşıl çayıdır. Bundan əlavə, o immunitet sistemini gücləndirir, arıqlamağa yardım edir. Saç və saç dərisi üçün çox faydalıdır.Qadınlar bu məhsulu çox sevir. Matça qatıq, bal və avokado kimi məhsullarla qarışdırılaraq saç maskası kimi istifadə edilir.


Türkiyə - gil

Gil maskası Türkiyədə, xüsusən də spa zonalarında çox məşhurdur. Torpaq və palçıq kimi müxtəlif minerallarla zəngin olan gil ölü təbəqəni dəridən götürür. Əzələ və oynaq ağrılarına da effektli təsir göstərir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş
Şərh əlavə et