Bu gün:

Duzlu suyun inanılmaz faydası


Mütəxəssislər qeyd edirlər ki, normada istifadə olunan duz üz dərisinə inanılmaz faydalar verir.

Dərinin sağlamlığına müntəzəm olaraq pul xərcləyirsinizsə, indi pulunuzu cibinizdə saxlaya bilərsiniz. Çünki duz dəriyə ən yaxşı qulluq məhsuludur. Xüsusilə, səhər yuxudan duranda üzünüzü duzlu su ilə yusanız, effektinə inanmayacaqsınız.

Üzü duzlu su ilə yumağın faydaları 

Duzlu su dərini hamar və parlaq edir. Sızanaqları qurudaraq iltihabı aradan qaldırır. Məsamələri sıxır. Dərini yumşaldaraq qan dövranını sürətləndirir. Üzdən qara və ağ ləkələri təmizləyir. Üzü mikroblardan qoruyur, həmçinin yağlı dərini qurudur.

Hazırlanması: 1 stəkan təbii içməli suya 2 çay qaşığı təbii qaya duzunu əlavə edib həll edin. Hər gün üzünüzü bu su ilə müntəzəm olaraq yuyun.

Mənbə: Ensonhaber

Tərcümə etdi: Samirə İsmayılova



Paylaş