Bu gün:

Kristofer Kolumb kimdir?


Kəşfiyyatçı Kristofer Kolumb 1492, 1493, 1498 və 1502-ci illərdə İspaniyadan Atlantik Okeanı boyunca dörd dəfə səyahət edib.  Atlantik okeanını keçərək Şimali Amerika qitəsinə ayaq basan ilk kəşfiyyatçı olduğu düşünülən Kolumb, səyahətləri zamanı özü üçün daimi yaşayış məntəqələri qururdu.

 


Xristofor Kolumbun 1451-ci ildə İtaliyanın Genuya şəhərində anadan olduğu güman edilir. 

Gənc yaşlarında Kolumb bir ticarət gəmisində çalışmağa başlayır. O, 1476-cı ilə qədər dənizdə fəaliyyət göstərir. Bir gün Portuqaliya sahillərindən şimala üzərkən quldurlar gəmisinə hücum edir. Qayıq batsa da, lakin gənc Kolumb taxtanın köməyi ilə üzərək sahilə çıxır. Daha sonra Kolumb Lissabona gəldi və burada riyaziyyat, astronomiya, kartoqrafiya və naviqasiya kimi elmləri mənimsədi.

15-ci əsrin sonlarında Avropadan Asiyaya quru yol vasitəsi ilə getmək mümkün deyildi. Yol uzun və çətin olsa da,  düşmən qoşunlarından qaçmaq isə daha çətin idi. Portuqaliyalı tədqiqatçılar bu problemi dəniz yolu ilə həll etmək üçün Qərbi Afrika sahilləri boyunca cənuba, Ümid burnuna qədər gəmi ilə düzdülər. Lakin Kolumb isə fərqli fikirləşirdi. O,  Afrika qitəsini keçmək əvəzinə Atlantik okeanı üzərindən qərbə getməyin vacib olduğunu düşünürdü. Gənc Kolumbun məntiqi sağlam olsa da, amma riyaziyyatı isə zəif idi.

İspan hökmdarları ilə müqavilə imzaladıqdan sonra Kolumb və ekipajı (3 avqust 1492-ci ildə) İspaniyadan Nina, Pinta və Santa Maria adlı gəmilər ilə səyahətə başladı. O, aylarla indi Karib dənizi kimi tanıdığımız adalar arasından keçərək, vəd edilmiş  mirvarilər, qiymətli daşlar, qızıl, gümüş, ədviyyatlar və digər əşyalar və məmulatlar əldə etdi. Lakin o, ilk səyahətindən bəri özü üçün qeyd dəftəri tutdu. O, yerli sakinlər haqqında ilk təəssüratlarını və onların nə üçün əsarət altına alınmalı olduğu ilə bağlı arqumentlərini də qeyd etmişdi. Təxminən altı ay sonra, 1493-cü ilin sentyabrında Kolumb Amerikaya qayıtdı. 

1498-ci ilin mayında Kolumb üçüncü dəfə Atlantik okeanı üzərindən qərbə tərəf üzərək Trinidad və Cənubi Amerika materikini ziyarət etdi. Həmin dövrdə vəziyyət gərgin olduğu müddətdə İspaniya hakimiyyəti vəzifəni ələ keçirmək üçün yeni qubernator göndərməli oldu. Kolumb həbs olundu və daha sonra İspaniyaya qayıtdı. 1502-ci ildə ciddi ittihamlardan azad olsa da,  lakin ona verilmiş zadəgan titullarından məhrum edildi.

Şəxsi həyatına gəldikdə isə Kolumb Filipa Moniz Perestrelo adlı qadınla evləndi və onların Dieqo və Ferdinand adlı iki övladı dünyaya gəldi.

20 may 1506-cı ildə İspaniyanın Valyadolid şəhərində 54 yaşında vəfat etmişdir. Kristofer Kolumbun məzarı Əndəlüsdəki Sevilya Katedralində yerləşir. 

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et