Bu gün:

''Mona Liza" tablosunun sirri


Əsrin dahisi hesab edilən Leonardo da Vinçi tarixi məlumatlara görə, 1503-cü ildə şah əsəri Mona Lizasını çəkməyə başlayıb. Mona Lizanın əslində tacir arvadı Liza Gerardini olduğu düşünülsə də, Vinçi portreti ölənə qədər özündə saxladı; lakin sonra Fransa kralı Fransua onu aldı. 16-cı əsrin yağlı boya portreti olan tablo hələ də Parisdəki Luvr muzeyində sərgilənir. Rəsmdə üzü hələ də sirr olaraq qalan oturmuş qadın təsvir edilib. Üz ifadəsindəki qeyri-müəyyənlik, kompozisiyasındakı monumentallıq, atmosferdəki maraqlılıq onun sirrini qoruyur. 


''Mona Liza" tablosunu özünəməxsus xüsusiyyətləri
•Mona Liza tablosunda təsvir olunan şəxsin əsl adı Liza Gerardinidir. Mona Liza "xanım Liza" deməkdir.
•Mona Liza rəsminin sığortası yoxdur. Bunun səbəbi sığortalanmaq üçün çox qiymətli hesab edilməsidir. Heç bir sığorta şirkəti bu riski götürmür.
•Orijinal masanın ölçüləri 77×53 sm-dir.
•Üz tanıma sistemində istifadə edilən sistemə görə Mona Lizanın üzündə 83% xoşbəxt, 9% darıxdırıcı, 6% qorxu və 2% hirsli üz ifadələri var.
•Mona Liza tablosu sənət tarixçiləri tərəfindən həmişə ön planda olsa da, dünya şöhrətini 1911-ci ildə onu oğurlayan oğruya borcludur.
•Mona Liza Fransanın ən məşhur muzeyi olan Luvrda rəsm üçün xüsusi hazırlanmış otaqda nümayiş etdirilir.

''Mona Liza" tablosunun sirli hekayəsi 

Rəsmin yaranma prosesi ilə bağlı bir çox təfərrüatların öz sirləri var.Rəsmdəki qadının kimliyi bu gün də sirr olaraq qalır. Müxtəlif iddiaların səsləndiyi tablo ilə bağlı əsl məlumat hələlik məlum deyil. İddialardan biri də bu qadının Da Vinçinin anası olmasıdır. Digər bir iddia isə rəsmdəki qadının Məryəm Ana olmasıdır. Ən maraqlı iddia isə rəsmdəki qadının əslində Leonardo Da Vinçinin özü olmasıdır. Bununla belə, o, Liza Gerardini adı ilə rəsmin yerləşdiyi Lurv Muzeyindədir. Bir sözlə, muzeydən verilən məlumata görə rəsmdəki qadın fransız tacirinin həyat yoldaşıdır.

Niyə Mona Lizanın qaşları yoxdur?
İlk baxışdan diqqət çəkən bir detal qaşlar və kirpiklərdir. Bu mövzuda ilk iddia qadınların qaşlarının olmadığıdır, çünki o dövrdə qaşlarını tamamilə çıxarmaq dəb idi. Paskal Kotte görə Mona Lizanın qaşları və kirpikləri var idi, lakin onlar bərpa və təmizləmə nəticəsində silinib. Başqa bir dedi-qoduya görə rəsmdəki qadının 24 yaşı var idi və o yaşda olan insanlar intibah dövründə ağır xəstəlik keçirmiş, nəticədə qaş və kirpiklər tökülmüşdü.

Mənbə: Cumhuriyyet

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et