Bu gün:

Yerkökünün saysız-hesabsız faydaları


Yerkökü çoxlu faydaları olan dadlı və qidalı tərəvəzdir. İstər çiy, istər bişmiş, istərsə də ondan hazırlanan şirənin  göz sağlamlığından xərçəng riskini azaltmağa qədər bir çox faydası var.


Kalium sağlam ürəyi qorumaq üçün vacibdir və lif həzmi tənzimləməyə və toxluq hissini artırmağa kömək edir.


Yerkökü göz sağlamlığını yaxşılaşdırmaqda rolu ilə məşhurdur. Bunun səbəbi onların orqanizmdə A vitamininə çevrilən bir növ antioksidant olan beta-karotinin zəngin mənbəyi olmasıdır.


Vitamin A, xüsusilə, az işıqlı şəraitdə sağlam görmə qabiliyyətini qorumaq üçün vacibdir. Vitamin A çatışmazlığı gecə korluğuna və digər görmə problemlərinə səbəb ola bilər.


Kökdə olan A vitamini təkcə göz sağlamlığı üçün vacib deyil, həm də dərinin sağlam saxlanmasında rol oynayır.  Yerkökü immun funksiyası üçün vacib olan bir sıra vitamin və mineralların, o cümlədən C vitamini və kaliumun yaxşı mənbəyidir. Bundan əlavə, yerköküdə olan antioksidantlar iltihabı azaltmağa və ümumi immunitet funksiyasını artırmağa kömək edə bilər.


Mənbə:Sözcü


Tərcümə etdi:Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et