Bu gün:

Birdən çox xroniki xəstəliyin olması demans riskini iki dəfə artırır


10.000 insan üzərində aparılan uzunmüddətli araşdırma nəticəsində, 55 yaşında iki və ya daha çox xroniki xəstəliyə tutulmanın demans riskini 2,5 dəfə artırdığını ortaya çıxardı.




 


İndiyə qədər edilən araşdırmalara görə demensiya ilə yaşayan insanların birdən çox xroniki xəstəliyə tutulmasının adi hal olduğu müşahidə edilmişdir. Bununla belə, erkən yaşlarda bir çox xəstəliyin olmasının həyatın sonrakı dövrlərində demensiyaya səbəb olub-olmadığını araşdıran tədqiqatlar az idi. 


Heç bir müalicəsi yoxdur


Tədqiqatçılar əldə etdikləri nəticələrlə bağlı aşağıdakı açıqlamaları verdilər: 


“Demensiyanın effektiv müalicəsinin olmadığını və onun şəxsi və ictimai təsirlərini nəzərə alaraq, demensiyanın qarşısının alınması üçün hədəflərin tapılması zəruridir. Bu tapıntılar qocalıqda mənfi nəticələri azaltmaq üçün yetkinlik dövründə xroniki xəstəliklərin qarşısının alınmasının vacibliyini nümayiş etdirir”.


Mənbə: Sözcü 

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et