Bu gün:

Elm üçün 1 ay belə qidalandı!


Ultra işlənmiş qidaların insan sağlamlığına təsirini görmək üçün bir ay müddətində pəhrizinə ultra işlənmiş qidalar əlavə edən Doktor Kris van Tulleken bir neçə həftədə 6 kilo arıqladığını, ağrılı, yorğun və qəzəbli olduğunu və işlənmiş qidalara aludə olduğunu söylədi.

Ultra işlənmiş qidaların supermarket rəflərini zəbt etdiyi bir həqiqətdir. İngilis "Daily Mail"də çıxan xəbərə görə, hazır yeməklər, dondurulmuş şirniyyatlar və hətta çörəyin əksəriyyəti şəkər, duz və təəccübləndirici konservantlardan ibarət ultra emaldan keçir. Digər tərəfdən səhər yeməyi üçün bir kasa yarma və ya qablaşdırılmış sendviç sağlamlığa zərər verə bilər. Həkim Chris van Tulleken işlənmiş qidaların istehlakı ilə bağlı suallara cavab almaq üçün bir ay davam edən təcrübəyə başladı və pəhrizinin 80 faizini ultra işlənmiş qidalar hazırlamağa başladı.  

"Bir neçə həftədə 6 kilo çəki almışam"

Cəmi bir neçə həftədə 6 kilo aldığını bildirən həkim Kris van Tulleken ağrılı, yorğun və əsəbi olduğunu, özünü 10 il qocalmış kimi hiss etdiyini bildirib. Təcrübənin sonunda MRT müayinələri beynin yeni yollar inkişaf etdirməyə başladığını ortaya qoydu. Bunun qidadan çox asılılıq yaradan dərmanlarla əlaqəli bir vəziyyət olduğu qeyd edilib.

"Mən asılı oldum"

Ultra emal olunmuş qidaların alkoqol və ya narkotik kimi asılılıq yarada biləcəyi sualına Dr. van Tulleken belə cavab verdi: "Son vaxtlara qədər elm adamlarının çoxu yeməyin asılılıq yaratmasının qeyri-mümkün olduğuna inanırdılar. Amma mən öz təcrübəmdən bilirəm ki, bəzi ultra emal olunmuş qida növlərinə (xüsusilə də, yeməklərə) çox güclü "asılılıq" hiss etmişəm."

Mənbə: Habertürk

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et