Bu gün:

Uçuş qorxusunu necə aradan qaldırmaq olar?


Uçuş qorxusu hava səyahəti zamanı güclü qorxu və narahatlıq ilə baş verir. Qorxu təyyarədə olmaq, yüksəklik qorxusu, qapalı məkan qorxusu, uçuş əsnasında hər hansı bir mənfi hadisə yaşamaq qorxusu, idarəetməni itirmə hissi kimi müxtəlif səbəblərə söykənə bilər.

Uçuş qorxusu olan insanlar uçuşdan əvvəl narahatlıq, yuxu problemləri, titrəmə, ürək döyüntüsü, tərləmə, ürəkbulanma və panik atak kimi simptomlarla qarşılaşa bilərlər. Uçuş qorxusu insanın gündəlik həyatına təsir edə bilər və insanın səyahət planlarını dəyişməsinə və ya səyahətdən qaçmasına səbəb ola bilər. Uçuş qorxusunu müalicə üsulları, dərmanlar və praktik üsullarla müalicə etmək olar.

Uçuş qorxusunun öhdəsindən gəlməyinizə kömək edəcək bəzi tövsiyələr:

Bilik əldə edin

Uçuş qorxusunun bir səbəbi təyyarələrin və uçuşların necə işlədiyinə dair az məlumatdır. Buna görə də, uçuşdan əvvəl təyyarələrin və uçuşların necə işlədiyini öyrənmək və uçuş təcrübənizi anlamağa çalışmaq qorxularınızı azalda bilər.

Rahatlaşdırıcı texnikalar 

Uçuşdan əvvəl və uçuş zamanı rahatlaşdırıcı üsullardan istifadə qorxularınızı idarə etməyə kömək edə bilər. Dərin nəfəs alma, meditasiya və əzələlərin işləməsi üçün məşqlər sizi sakitləşdirə bilər.

Pozitiv düşüncə

 Qorxu çox vaxt mənfi düşüncələrdən qaynaqlanır. Müsbət düşüncələrlə məşğul olmaq qorxularınızı azaltmağa kömək edə bilər. Uçuşun təhlükəsiz olduğunu unutmayın və hər şeyin yaxşı olacağından əmin olduğunuzu söyləyin.

Peşəkar Yardım

 Uçuş qorxusu olanlar üçün peşəkar yardım axtarmaq da bir seçim ola bilər.  Terapevtlər uçuş qorxusunun öhdəsindən gəlməyə kömək edə bilər.

Uçuş qorxusunun səbəbi nədir?

Uçuş qorxusunun səbəbləri müxtəlif ola bilər və insandan insana dəyişir. Bəzi ümumi səbəblər bunlardır:

İdarəetmənin itirilməsi

Təyyarədə olan bir çox insan uçuş zamanı özlərini idarə edə bilməmək hissi yaşayır. Nəzarəti itirmə hissi insanlarda narahatlıq və qorxu hiss etməsilərinə səbəb ola bilər.

Pis təcrübə yaşamaq

Keçmişdə pis uçuş təcrübəsi olan insanlarda uçuş qorxusu yarana bilər. Məsələn, güclü turbulentlik, mühərrikin nasazlığı və ya qorxulu stüardessa ilə qarşılaşma kimi amillər uçuş qorxusuna səbəb ola bilər.

Qorxuların birləşməsi

Uçuş qorxusu yüksəklik qorxusu, qapalı məkan qorxusu, etibarsızlıq hissləri, çaxnaşma hücumları və digər oxşar qorxuların birləşməsindən yarana bilər.

Bilik çatışmazlığı

 Təyyarələrin necə işlədiyi, aviasiya şərtləri və uçuş prosedurları haqqında məlumatın olmaması insanlarda uçuş qorxusunun yaranmasına səbəb ola bilər.

Digər amillər

 Uçuş qorxusunun digər səbəbləri arasında təyyarə qəzası xəbərləri, uçuş zamanı tıxac hissi, hava limanlarında təhlükəsizlik prosedurları, yorğunluq, stress və ümumi narahatlıq ola bilər.

Məncə: Sözcü Gazetesi

Tərcümə edən:Gülsər Qədirli


Paylaş
Şərh əlavə et