Bu gün:

Halsızlıq və yorğunluq yaşayanların nəzərinə! Səbəbi bu ola bilər


Gün ərzində özünüzü yorğun, halsız və yorğun hiss edirsinizsə, bəlkə də, yaz yorğunluğu yaşayırsınız. Mövsümi dəyişikliklər zamanı yaşanan fiziki və zehni dəyişikliklər yorğunluq hiss etmənizə səbəb ola bilər. Birdən-birə ortaya çıxan əhval dəyişikliyi, qrip kimi əlamətlər yaz aylarının gəlişi ilə öz təsirini göstərməyə başlayıb. Bəs yaz yorğunluğu nədir, onun əlamətləri nədir və necə keçir? Yaz yorğunluğunun keçməsinə kömək edən qidaları təqdim edirik...


Yaz yorğunluğu nədir?

İnsanların davranışlarında əks olunan halsızlıq hissi və əhval dəyişikliyi yaz yorğunluğunun ən mühüm əlamətləridir. Psixologiya sahəsində mövsümi problemlərdən biri olan yaz yorğunluğu, adətən, yaz və payızın ilk həftələrində əlamətlərini göstərməyə başlayır. İş həyatından ailə həyatına qədər insan həyatının hər sahəsini təsir edən bir vəziyyət olan yaz yorğunluğunun enerji azlığı, halsızlıq, bədəndə əzginlik və baş ağrıları kimi əlamətləri var. Bu əlamətlər insanın iş performansının və həyat keyfiyyətinin düşməsinə səbəb ola bilər.

Yaz yorğunluğunun əlamətləri nələrdir?

Səhərlər yataqdan çətinliklə qalxırsınızsa, və ya gün ərzində özünüzü gücsüz, bitkin və yorğun hiss edirsinizsə, sizdə yaz yorğunluğu ola bilər.

Yaz yorğunluğu maddələr mübadiləsinin müdafiəsinə təsir etdiyi üçün qrip və soyuqdəyməyə daha asan yoluxa bilərsiniz. Bununla belə sizə yaz aylarında tez-tez soyuqdəyməsinin və xəstəliyə qalib gələ bilməməyiniz yaz yorğunluğunuz olduğunun əlaməti ola bilər.

Gün ərzində narahat, əsəbi və diqqətsiz hisslər yaz aylarında özünü çox tez-tez göstərə bilər. Bu vəziyyət iki həftədən çox davam edərsə, yaz yorğunluğu yaşadığınızın göstəricisi ola bilər.

Mənbə: HaberTürk

Tərcümə etdi: Günel Məmmədova



Paylaş
Şərh əlavə et