Çimərliklərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Çimərliklərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Azərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb.

24media APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.