Bu gün:

Stressi aradan qaldırmaq üçün şəfalı çaylar




Mütəxəssislər əksər dərmanların əsasını təşkil edən bitkilərin çaylarının da şəfa mənbəyi olduğunu bildirirlər.


Özünüzü kədərli hiss edirsinizsə, reyhan çayı özünüzü daha yaxşı hiss etdirə bilər. Bu çay əhval-ruhiyyəni yaxşılaşdıra, həmçinin depressiya və narahatlıq əlamətlərini azalda bilər. 


Uzun və gərgin gün keçirmisinizsə, bir fincan isti yaşıl çay yorğunluğunuzu götürə bilər! Yaşıl çay tərkibindəki kofeinin yavaş-yavaş sorulmasına imkan verir ki, bu da orqanizmin rahatlamasına kömək edir, yaşıl çay da narahatlıq və stress səviyyələrini azaltmağa kömək edir. 


Qəzəbli, stresli əhvalınız varsa, bir fincan çobanyastığı çayı özünüzü daha yaxşı hiss edə bilər. Çobanyastığı çayı stress səviyyəsini aşağı salmaqla yanaşı, gərginliyi də aradan qaldırır. Eyni zamanda, çobanyastığı çayı yaxşı yuxuya getməyə imkan verir.

 
Emosional bir dövr keçirsinizsə, nanənin balanslaşdırıcı xüsusiyyətini sevə bilərsiniz. Nanə çayının soyuducu və canlandırıcı xüsusiyyətləri emosional vəziyyətinizi sabitləşdirməyə və kortizol səviyyənizi aşağı salmağa kömək edir.

 
C vitamininin güclü mənbəyi olan portağal limonlu çay, həm də əhval-ruhiyyə üçün əla stabilizatordur. Əgər özünüzü stressli hiss edirsinizsə, bir fincan çay içmək sinir hüceyrələrini sakitləşdirərkən stress hormonlarının səviyyəsini aşağı salır.

 
Lavanta çayı çobanyastığı çayına alternativ ola bilər. Lavanta çayı da stress səviyyəsini azaldır və yuxu problemlərini azaltmağa kömək edir. Eyni zamanda lavanta çayı miqren şəbəkələrinə və sinir sisteminə faydalıdır.


 Qarşıda sizi böyük bir gün gözləyir, lakin özünüzü heç enerjili hiss etmirsinizsə, qara çay sizə kömək edə bilər! Bir stəkan qara çayda 60 ilə 90 mq arasında kofein var.


Mənbə: Habertürk


Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et