Bu gün:

Roma şəhəri necə quruldu?


İtaliya Aralıq dənizindən cənuba doğru uzanan üç böyük yarımadanın ortasında yerləşir. İtaliyanın mərkəzi olaraq qəbul edilən Roma həm özəl kommuna, həm də şəhər statusuna malikdir.  Təxminən 2800 illik tarixi olan bu şəhər Roma Krallığının, Roma Respublikasının, Roma İmperiyasının, Papa Administrasiyasının, İtaliya Krallığının və İtaliya Respublikasının paytaxtı idi. Roma Krallığının idarə etdiyi Qədim Roma bir çox sivilizasiyaların inkişafında rol oynamış və dünya tarixində mühüm yer tutmuşdur.  Bu sivilizasiyanın vətəni olan Roma şəhərinin yaranması haqqında çoxlu şayiələr mövcuddur. 

Qədim Romalılardan günümüzə qədər gəlib çatmış əfsanə və miflər Roma şəhərinin yaranması haqqında məlumat verir. Arxeologiya və filologiya elmlərindən istifadə olunsa da, Roma xalqının əksəriyyəti bu miflərə inanır. Bu miflərdən biri yunanlara, digəri isə italyanlara məxsusdur.  Hər iki mifdə Roma şəhərinin Tiber çayının hər iki sahilində yerləşən yamaclarda yarandığı qəbul edilir. Romalı alim Markus Terentius Varro şəhərin təməlinin eramızdan əvvəl I əsrdə qoyulduğunu təsdiqləyib. Bu şəhərin adının Romanın ilk kralı sayılan Romuldan gəldiyi də ehtimal olunur.


Roma şəhəri necə yaranmışdır? 

Roma şəhərinin yaranması ilə bağlı iki mifologiya var.  Şəhərin əsası eramızdan əvvəl 753-cü ildə Yunan dastanı Eneyaya görə qoyulmuşdur. Dastanda Troya şahzadəsi Eneyanın İtaliyaya necə gəldiyindən bəhs edilir. Troyadan qaçan xalq Eneyanın başçılığı ilə Aralıq dənizi ətrafında bir araya gələrək bəzi macəralar yaşadı. O zamanlar yeni yaradılmış Karfagen bölgəsində müvəqqəti məskunlaşdıqdan sonra insanlar, nəhayət, İtaliya sahillərinə çatdılar. Troyalıların Romanın cənub-qərbində yerləşən Anzio və Fiuminisio arasındakı əraziyə gəldiyi barədə şayiələr də var. Onların gəldiyi ərazi Lavinium adlanır. Bölgəyə bu adın verilməsinin səbəbi kral Latinusun qızı Laviniya ilə Eneyanın evliliyi ilə bağlı olmasıdır. Laviniyanın keçmiş nişanlısı Turnus bundan xəbər tutduqdan sonra müharibə başlayır və Troyalılar bu müharibədə qalib gəlir. Bu qələbədən sonra xalq ərazidə məskunlaşdı. Aeneanın oğlu Ascanius Alba Longa şəhərinin əsasını qoydu və Romanın təməli eramızdan əvvəl 8-ci əsrdə qəbul edildi.

Başqa bir əfsanəyə görə, Romul və Rem Romanın təməlini qoyanlardan biridirlər. Bu iki qardaşın eramızdan əvvəl 771-ci ildə doğulduğu deyilir. Əfsanədə qeyd edilir ki, qardaşlar Rea Silvia və müharibə tanrısı Aresin və ya yarımtanrı Heraklın oğullarıdırlar. Əksər mifoloji qəhrəmanlar kimi bu uşaqlar da tərk edilir. Çünki onların böyük əmilərini taxtdan salacaqlarına dair inanc var idi. Əmr alan qulluqçular uşaqları öldürmək əvəzinə Tiber çayının sahilinə buraxırlar. Bir çoban onları tapıb övladlığa götürür. Hətta belə bir əfsanə var ki, dişi canavar iki qardaşı öz südü ilə bəsləyib. Romul və Rem böyüdükdən sonra əmilərini öldürüb babalarını hakimiyyətə gətirirlər. Onlar şəhər salmağa qərar versələr də, anlaşılmazlıq baş verir. Nəticədə, Romul Remi öldürür və Roma şəhərini qurur.

Mənbə: Onedio.com

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et