Bu gün:

Mütəxəssislərin fikrincə, hər gün bunu etmək sümüklərinizi gücləndirəcək


Sümük sağlamlığı həyatın bütün mərhələlərində vacibdir. 


Güclü sümükləri saxlamaq bütün yaşlar və həyatın bütün mərhələləri üçün çox vacibdir, çünki skeletiniz bədəninizin sağlam sümük və dişlərin qurulmasında, əzələ daralmalarında, qanın laxtalanmasında, sinir funksiyasında və ürək döyüntüsünün tənzimlənməsində iştirak edən əsas mineral olan kalsiumu saxladığı yerdir. Bir çox insanlar sümük sağlamlığının pisləşdiyini başa düşmürlər. 


Çox vaxt osteoporozun ilk əlaməti sümük qırılmasıdır. Bunun səbəbi sümük itkisinin tədricən baş verməsi və osteoporozun erkən mərhələlərində heç bir simptomun görünməməsidir. Yaşlandıqca sümüklərinizi sağlam saxlamaq üçün sümüklərinizi gücləndirən sağlam həyat tərzi vərdişlərini mənimsəməlisiniz. 


Məsələn, tünd yarpaqlı göyərti, tofu, lobya, mərcimək, zənginləşdirilmiş qidalar kimi kalsiumla zəngin qidalar yeyin, müntəzəm olaraq idman edin, sağlam çəkini qoruyun və alkoqol və tütündən istifadədən çəkinin.


Mənbə: BestLife

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et