Bu gün:

Yüksək qan təzyiqini aşağı salır, maddələr mübadiləsini sürətləndirir


Xəstəliklərə davamlı olmaq üçün ilk növbədə həyatımıza vitamin və minerallarla zəngin qidalar əlavə etməliyik. Xüsusilə, uşaq inkişafında sağlam qidaların istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bədənin ehtiyac duyduğu bir çox qiymətli vitaminlərlə böyük qida qaynağı olan bildirçin yumurtası tam bir qalxan rolunu oynayır. Bəs bildirçin yumurtasını necə yemək olar, qida dəyəri nədir? Zülalla zəngin bildirçin yumurtasının faydaları...

Uşaqların sağlam inkişafı üçün lazım olan hər şey var. Kiçik olmasına baxmayaraq, sağlamlığa faydaları çoxdur. İmmunitet sistemini gücləndirərək xəstəliklərə qarşı təbii zireh rolunu oynayan bildirçin yumurtası, xüsusilə, xərçəng hüceyrələrinə qarşı müqaviməti artırır. Araşdırmalar göstərib ki, bildirçin yumurtası yeyən insanların xərçəngə tutulma riski çox aşağıdır. Bildirçin yumurtasında bol miqdarda E vitamini, vitamin B 12, riboflavin, folat və pantotenik turşu, maqnezium, fosfor və sink var. Min bir dərdə dərman, proteinlə zəngin bildirçin yumurtasının faydaları...

Bildirçin yumurtasının faydaları nədir?

Mükəmməl qida mənbəyi olan bildirçin yumurtasının faydalarını aşağıdakı kimi sıralamaq olar:

İrəli yaşlarda görülə bilən osteoporoz və ya iltihab kimi xəstəliklərin qarşısını alır, bu da motor hərəkətləri üçün əhəmiyyətli olan əzələlərin daha elastik olmasına kömək edəcəkdir.

Təbiətdəki ən yaxşı D vitaminidir. Xüsusilə, D vitamini çatışmazlığı olanlar müntəzəm qidalanmalıdırlar. Əks halda, D vitamini çatışmazlığı ciddi xəstəliklərə yol açır.

Maddələr mübadiləsini sürətləndirir. Bu təsirinə görə iştahaaçan xüsusiyyət də göstərir. Bu xüsusiyyət daha çox iştahı olmayan uşaqların iştahını açmaq üçün istifadə olunur.

Mədə xorası və qastrit kimi mədə xəstəliklərini yaxşılaşdırmağa kömək edir. Ağrılarınızı aradan qaldırır, mədənizi rahatlaşdırır.


Bildirçin yumurtasının qidalanma dəyəri necədir?

1 bildirçin yumurtasının qida dəyəri təxminən aşağıdakı kimidir:

Karbohidratlar: 0,04 q

Zülal: 1,2 q

Yağ: 1 q

Xolesterin: 76 mq

Kalium: 13 mq

Kalsium: 6 mq

Natrium: 12,70 mq

Dəmir: 0,34 mq

Vitamin A: 14.04 IU

Bunlardan başqa, bildirçin yumurtasnn tərkibində E vitamini, B 12 vitamini, riboflavin, folat və pantotenik turşu, maqnezium, fosfor və sink olduğu da məlumdur.

Bildirçin yumurtasının istifadə qaydası:

Bronxit və qrip kimi yuxarı tənəffüs yollarının infeksiyaları üçün bildirçin yumurtasını aşağıdakı kimi istifadə edə bilərsiniz:

Bir bildirçin yumurtası bir stəkana parçalanır, bir qaşıq bal və bir az süd ilə qarışdırılır. 10 dəqiqə gözlədikdən sonra 15 gün ərzində hər gün təzə içmək olar. Üç ay ərzində ayda 4-5 dəfə istehlak edildikdən sonra onu tərk etmək tövsiyə olunur.


Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 


Paylaş
Şərh əlavə et