Bu gün:

Sağlam gözlər üçün 10 möhtəşəm qida


Aparılan elmi çalışmalarda bəzi qidalarda tapılan vitaminlərin sağlamlığımız üçün olduqca faydalı olduqları aşkarlanmışdır. Xüsusilə, A,C və E vitaminləri göz üçün faydası çox olan qruplardır. B vitaminin də göz sağlamlığı üçün önəmli olduğu bilinməkdədir. Son illərdə Lutein ve Zeaksantin, Omega-3 sarı nöqtə xəstəliyi müalicəsi üçün çox dəyərli qaynaqlardır. Bəs biz hansı qidaları seçməliyik? Göz xəstəlikləri Uzmanı Op. Dr. Özgül Uğurtay mövzu haqqında məlumatlar verdi.


Yumurta

Xüsusilə, sarı nöqtə olaraq bilinən, yaşdan asılı görmə pozğunluğu riskini azalda bilən mükəmməl bir lutein və zeaksantin ilə zəngindir. Yumurta, həm də yaxşı C və E vitamini və çinko mənbəyidir.

Qoz-fındıq

Omega-3 və bu tip yağlar baxımından zəngindirlər. Fındıq, üstəlik, yüksək səviyyədə E vitamini daşıyır. E vitamini yenə yaşdan asılı makula dejenerasyonunda çox faydalıdır. Bundan əlavə, qoz, kaju, Braziliya fındığı, yer fıstığı da olduqca zəngin antioksidan ibarət gözə faydalı qidalardır.

Balıq

Xüsusən, yağ dəyəri yüksək balıqlar Omega-3 baxımından daha zəngin olduqları üçün gözə faydaları yüksəkdir. Hətta bəzi araşdırmalar, balıq yağının kompüter qarşısında çox uzun zaman keçirməyinin səbəb olduğu quru göz də daxil olmaqla, quru gözün müalicəsinə faydalı olduğu bilinir. Xüsusilə, Tuna, somon, rinqa, hamsi, sardalya, orkinos, alabalıq yüksək dərəcədə Omeqa-3 tərkibli balıqlardır.

Toxumlar

Çia toxumu, kətan toxumu və s. gözə faydalı olan E vitamini və Omeqa-3 qaynağıdır.

Sitrus meyvələri

Sitrus meyvələri hamının bildiyi kimi C vitamini baxımından zəngindirlər. C vitamini Amerikan akademiyasında və bilinən yaşa bağlı maküla dejenerasyonu xəstəliyində qəbul görmüş bir əlavədir.

Göy-göyərtilər

Göyərtilər həm lutein, həm də zeaksantin baxımından zəngin olub, eyni zamanda C vitamini mənbəyidir. İspanaq, kələm, kahı və s. kimi tərəvəzləri istifadə etmək göz üçün faydalı olacaq.

Kök

Kök göz üçün faydalı olduğu bilinən möhtəşəm mənbədir. Görmə qabiliyyətimizi inkişaf etdirməz, amma içindəki beta-karoten kökə rəngini verən maddə A vitamininin qazanılmasına kömək edir. Bu səbəbdən kök antioksidan olaraq gözə faydalıdır.

Şirin kartof

Kök kimi beta-karoten mənbəyi olub, eyni zamanda antioksidan tərkibi E vitamini baxımından da zəngindir.

Mal əti

Mal əti çox yaxşı çinko qaynağıdır. Çinko yaşa bağlı görmə pozğunluğunu və makula dejenerasyonunu (sarı nöqtə xəstəliyi) geciktirməyə yardımçı ola bilər.

Su

Hər orqana faydası olan suyun gözə də faydası var. Xüsusilə, quru göz xəstələrinin bol su içməsi tövsiyə olunur.

Mənbə: CNN Türk

Tərcümə etdi: Xədicə Qiyas

Paylaş
Şərh əlavə et