Bu gün:

Hərəkətsiz həyat tərzinin beyinə zərərləri nələrdir ?


Bugünkü müasir həyat tərzi hərəkətsizliyin artmasına səbəb olur. Oturmaq, maşın sürmək və ekran qarşısında çox vaxt keçirmək insanların günün çox hissəsini hərəkətsiz keçirməsinə səbəb olur. Bununla belə, çoxları oturaq həyatın beynin sağlamlığına təsirindən xəbərsizdir.

Qeyri-kafi fiziki fəaliyyət beyin funksiyalarının yavaşlamasına, beynin həcminin azalmasına, yaddaş pozğunluğuna və qavrama qabiliyyətinin azalmasına səbəb ola bilir. Beyin funksiyalarının yavaşlaması oturaq həyatın ən mühüm təsirlərindən biridir. Müntəzəm fiziki fəaliyyət olmadıqda beyindəki sinir hüceyrələri arasında əlaqə ləngiyə və beyin funksiyaları zəifləyə bilər. Bu da öz növbəsində diqqətsizlik, yaddaş itkisi, qavramanın zəifləməsi kimi problemlərə səbəb ola bilir. Bəs fiziki fəaliyyətin beyinə faydaları nələrdir?

Daimi fiziki fəaliyyətin beyin sağlamlığına bir çox faydaları olduğu bilinir. Beyin fəaliyyətinə və qavrama qabiliyyətinə müsbət təsir göstərən fiziki fəaliyyət həmçinin beynin həcmini artıra, əhval-ruhiyyəni yaxşılaşdıra və stressi azalda bilər. Müntəzəm məşq beyində əhval-ruhiyyəni yaxşılaşdıran, xoşbəxtlik hormonları kimi tanınan endorfinlərin ifrazını artırır. Həmçinin stress hormonu kortizolun səviyyəsini aşağı salaraq stressi azaldır. İdman etmək, yoqa, pilates və ya rəqs etmək kimi fəaliyyətlər beyin sağlamlığı üçün faydalıdır.

Tərcümə etdi: Gülay Orucova 

Mənbə: neoldu.com

Paylaş