Bu gün:

İtaliyada təhsil alan azərbaycanlı tələbə: “Hər zaman adamla dolu olan küçələr indi bomboş qalıb”


Dünyada pandemiya halını alan koronavirus sürətlə yayılmaqda davam edir. Bu virusdan ən çox əziyyət çəkən ölkələrdən biri də İtaliyadır. Demək olar hər gün bu ölkədən yoluxma və ya ölüm xəbəri alırıq. İtaliya həm də azərbaycanlı tələbələrin ən çox təhsil aldığı ölkələrdən biridir. Bütün bu səbəblər bizi bu ölkə haqda daha da çox maraqlanmağa həvəsləndirir. 

Müsahibimiz Romada yerləşən Sapienza universitetində magistr təhsili alan azərbaycanlı tələbə Ceyhun Yardımlıdır. O, bizimlə ölkədəki vəziyyət haqda məlumatlarını bölüşdü.

Evlərinizi tərk etmək qəti qadağandır, yoxsa sadəcə məhdudiyyətlər var?

 Evi tərk etmək qadağandır, ancaq xüsusi hallarda tərk etmək olar. Yalnız supermarketlərə və apteklərə getməyə icazə verilir. Xəstəxana və xüsusi xidmət orqanlarında çalışanlar isə işə gedə bilərlər.

İctimai nəqliyyat vasitələri fəaliyyətini əvvəlki qaydada davam etdirirmi?

 - Bəli, ancaq avtobus və metrolar demək olar ki, boş olur. Bəzi qaydalar mövcuddur, məsələn, avtobusların birinci qapısı bağlı olmalıdır və açmağa icazə verilmir. Yalnız arxa qapılardan istifadə etmək olar. Məqsəd isə sürücülərin təhlükəsizliyini təmin etməkdir.

Ölkə daxilində bir bölgədən digərinə getməyə icazə verilir?

 - Xeyr, qadağanadır. Harada yaşayırsansa orada da qalmalısan. Digər bölgərə gedən avtobus və qatarlar işləmir və hamısına ciddi nəzarət olunur.

Paylaş
Şərh əlavə et