Bu gün:

Rənglərin kombinasiyası


Rənglərin uyğunlaşması 

Modadan qrafik dizayna, dekorasiyadan çapa qədər həyatımızın bir çox sahəsində rənglər mühüm yer tutur. Gündəlik həyatımızda gözümüzə gözəl görünən bir çox şeylərin arxasında rənglərin harmoniyası dayanır. İstər şüurlu, istərsə də şüursuz şəkildə rənglərin harmoniyası bizim həzz qəbulumuza əhəmiyyətli dərəcədə təsir edir. Bu səbəbdən insanlar rənglərin ahəngdar olmasını təmin etməyə çalışırlar. Bəzi insanlar səhər evdən çıxarkən geyimlərini ahəngdar rənglərlə birləşdirməyə çalışarkən, bəziləri isə iş dünyasında bütün tərifləri alacaq vizit kartları dizayn etmək üçün rənglərdən istifadə edirlər.

Ağ hansı rənglərlə kombinasiya ola bilər?

Ağ rəng xüsusilə qrafik dizayn sahəsində tez-tez istifadə olunan rəngdir. Digər rənglərlə birləşdirilə bilən ən asan rəngdir. Bunun səbəbi,əslində bütün rəngləri ehtiva etməsidir. Mavi,qırmızı və qara ağ ilə ən yaxşı birləşən rənglərdir. Xüsusilə istifadə sahəsindən asılı olaraq ağ ilə bu üç rəngdən fərqli əsərlər yaratmaq mümkündür. 

Yaşıl hansı rənglərlə kombinasiya ola bilər?

Yaşıl hər sahədə tez tez istifadə olunan rəngdir, lakin onun çalarları arasında ciddi fərqlər var. Bu səbəbdən birləşmələrdə rəng harmoniyası (ton harmoniyası) həyati əhəmiyyət kəsb edir. Yaşıl rəngi qızılı-qəhvəyi, narıncı, qəhvəyi, krem, sarı, boz, qara və qaymaqlı ağ rənglərlə uyğunlaşdıra bilərsiniz. 

Mavi rəng hansı rənglərlə kombinasiya ola bilər?

Son illərin ən trend rənglərindən biri mavidir. Lakin mavi rəng çətin rəng olduğuna görə bu rəngi uyğunlaşdırmaqda insanlar əziyyət çəkir. Mavi rəng qırmızı, sarı, ağ, boz, narıncı və çəhrayı birləşdirilə bilər. Mavi rəngi istifadə ediləcəyi kombinasiyalarda edəcəyiniz seçimləri iki dəfə düşünməkdə fayda var.

Mənbə: bi'dolubaski

Tərcümə etdi: Nuray Mürsəlova


Paylaş
Şərh əlavə et