Bu gün:

Qızılgülün müxtəlif rəngləri


Əvvəllər "damask" adlanan qızılgüllər ilk dəfə qədim Misir qəbirlərində tapılıb və onların tarixi qırx milyon il əvvələ gedib çıxır.  Uzun və rəngarəng tarixə malik olan qızılgüllər o dövrlərdən bu günə qədər minlərlə şeirə, mahnıya və kitaba mövzu olmuşdur. Çünki qızılgül həmişə sevginin ən böyük simvolu hesab edilir. Bəs siz bilirdinizmi ki, çiçəklər də insanlar kimi özünəməxsus xarakterlərə malikdir ? 

Qırmızı qızılgül

Güllər arasında ən məşhuru qırmızı qızılgüldür. Qırmızı qızılgül "sevgi" deməkdir. "Səni sevirəm" deməyin ən qanuni yoludur. Sevdiyiniz insana qırmızı qızılgül hədiyyə etməklə onu daim düşündüyünüzü göstərə bilərsiniz.

Sarı qızılgül

Sarı qızılgül dostluğu təmsil edir.  Kiməsə minnətdarlığınızı bildirmək istəyirsinizsə, sarı qızılgüllər sizin üçün ən yaxşı seçim hesab olunur. Xüsusilə, Analar Günü və Müəllimlər Günündə sizə əməyi olan insanlara təşəkkür etmək istədikdə sarı qızılgüllə təşəkkür etmək qarşıdakı insanı çox sevindirə bilər.

Ağ qızılgül

Ağ qızılgül saflığı və günahsızlığı təmsil edir. Qarşınızdakı, insana ağ qızılgül almaqla sevginizin saf olduğunu və onlara qarşı heç bir şübhənizin olmadığını simvollaşdıra bilərsiniz. Yeni bir münasibət üçün hansı çiçəyin uyğun olacağı ilə maraqlanırsınızsa, sualınızın cavabı ağ gül ola bilər.

Çəhrayı gül

Olduqca, simpatik görünən çəhrayı güllərin mənası;  xoşbəxtlik, incəlik və şirinlik. Çəhrayı güllər uzunömürlü və çox xoş qoxuya malikdir. Çəhrayı qızılgüllər qarşınızdakı insanın həyatınıza daxil olmasından nə qədər xoşbəxt olduğunuzu göstərmək üçün ideal seçimdir.

Narıncı qızılgül

Qırmızı qızılgülün sevgini, sarı qızılgülün isə dostluğu və minnətdarlığı ifadə etdiyini bildirdik.  Narıncı gülə gəldikdə isə ; Hər ikisinin arasındakı hissləri ifadə edir. Narıncı qızılgüllər istək, həvəs və qüruru ifadə edərkən, onlara verilən insana heyranlıq ifadə edir.

Mavi qızılgül

Mavi gül bəlkə də ən mənalı çiçəklərdən biridir. Əslində, təbiətdə mavi qızılgül yoxdur. Mavi adlanan güllər mavi rəngli bənövşəyi çiçəklərdir. Bunun xaricində mavi qızılgüllər ağ qızılgüllərin rənglənməsi ilə yaranır. Mavi qızılgülləri təbii yolla əldə etmək mümkün olmadığından, əldə edilə bilməyən, əlçatmaz və sirli deməkdir.

Mənbə: Tazeçiçek.com

Tərcümə etdi: Tahirə Bağırzadə



Paylaş
Şərh əlavə et